Ukrayna və Çexiya F-16 pilotlarının birgə təlimi barədə razılığa gəliblər
...Ukraynanın baş naziri Denis Şmıxal çexiyalı həmkarı Petr Fiala ilə danışıqlar aparıb.
SİA-nın məlumatına görə, RBC-Ukrayna öz Telegram kanalında xəbər verir ki, tərəflər ukraynalı pilotların birgə təlimi barədə razılığa gəliblər.
...Biz Ukrayna və Çexiya müdafiə sənayesinin inteqrasiyasını gücləndirəcəyik. Bundan əlavə, biz ukraynalı “F-16” pilotlarının hazırlanması sahəsində əməkdaşlıq haqqında razılığa gəldik.
Bunu Şmıxal bildirib.
Mayın 5-də Fiala bildirib ki, 2025-ci ilin əvvəlindən Ukraynaya 500 min ədəd sursat ötürülüb.
Praqa həmçinin ukraynalı pilotlara Çexiyanın L-159 təyyarələrində təlim keçməyi də planlaşdırır.
Həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski Çexiya Deputatlar Palatasının sədri Marketa Pekarova-Adamova ilə görüşüb.
Əsas müzakirə mövzusu Kiyevə hərbi dəstək olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə