Milli Məclis tərəfindən qanun qəbul edilsə, o zaman dağıdıcı müxalifətin xaricdən qrant almaq fəaliyyətlərinə son qoydular
Heç kəsə sirr deyil ki, Azərbaycanda elə siyasi, ictimai təşkilatlar var ki, onlar xarici fondlardan qarantlar şəklində maliyyə yardımları alırlar. Həmin vəsaitlərin qarşılığında Azərbaycanın beynəlxalq aləmdə imicini ləkələməyə, qələbələrinə, uğurlarına kölgə salmağa çalışırlar. Bu sahə üzrə ixtisaslaşmış dağıdıcı müxalifət və onların ətrafında olan trollar böyük həcmdə pullar əldə etdikcə, daha böyük həvəslə ölkəmizin milli və dövlətçilik maraqlarına yönələn fəaliyyətini bir qədər də genişləndirirlər. Bu baxımdan birmənalı şəkildə demək olar ki, AXCP, Müsavat, Real, "Milli Şura" kimi partiyalar və qurumlar Azərbaycanın dövlət maraqlarına deyil, xarici dairələrin mənafeyindən çıxış edirlər. Düzdür, son illər xaricdən ayrılan qrantların həcmi bir qədər azalıb. Səbəbi də Azərbaycan dövlətinin bu istiqamətdə sərt qanunlar qəbul etməsidir. Lakin pula hərislik onları müxtəlif vasitələrdən istifadə etməklə maliyyə vəsaitlərini ölkəyə gətirməyə məcbur edir.
Hansılardır dağıdıcı müxalifətin və onların çətiri altına sığınan sayt və QHT-lərin istifadə etdikləri vasitələr? Araşdırmalar əsasında üzə çıxan faktlar ondan ibarətdir ki, qarant dəllalları ölkəyə qeyri-leqal yollarla pul vəsaitlərini gətirmək üçün müxtəlif ölkələrin banklarında fiziki şəxslərin adına hesablar açırlar, bank kartları hazırlayırlar. Sonra da "Beynəlxalq İnkişaf Agentliyi" (USAİD), "German Marşal Fondu", "Freedom House", "National Endowment for Democracy" (NED), "National Democratic İnstitute" (NDİ), Çexiyanın "Prague Civil Society Center" və Avropanın digər təşkilatları həmin hesablara pul vəsaitlərini köçürürlər. Xarici təşkilatlara bağlı məxluqların adamları o vəsaitləri nağdlaşdırıb, bir qismini özlərinə saxlayır, digər hissəsini isə çətiri altına sığındıqları partiya sədrlərinə çatdırırlar.
Söz yox ki, qaçaqmalçılıq yolu ilə ölkəyə küllü miqdarda pul vəsaitlərini keçirmək kobud hüquq pozuntusudur. Təbii olaraq belə hallar aşkarlanan zaman hüquq-mühafizə orqanları üzərinə düşən vəzifələrini icrasını həyata keçirirlər. Əsaslı olaraq artıq qaçaqmalçılıq yolu ilə ölkəyə pul vəsaitlərini keçirən və ya buna cəhd edən şəxslərin bir qismi həbs olunublar və yaxın günlərdə onların məhkəməsi keçiriləcək.
Qaçaqmalçılıq yolu ilə ölkəyə pul keçirmək qanuna ziddir və cinayət məsuliyyəti yaradır
Azərbaycan azad, demokratik, hüquqi dövlətdir. Hər bir məsələ qanunla tənzimlənir, problemlər, çatışmazlıqlar varsa, onlar qanunla həll olunur. Necə deyərlər, "Qanun şahdır, şah qanun deyil". Qanunlara qarşı çıxmaq haqlı olaraq cinayət məsuliyyəti yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, artıq qaçaqmalıçılıq yolu ilə ölkəyə pul gətirən "Toplum" və Meydan TV-lərin, "AbzasMedia" saytlarının əməkdaşları həbs olunublar. İstintaq orqanları tərəfində sübuta yetirilib ki, ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləri "Abzas Media" xəbər portalının rəhbərliyinə "demokratik inkişafa dəstək vermək" adı altında böyük məbləğdə pullar ödəyiblər.
İstintaq materiallarına görə, "AbzasMedia" xəbər portalının rəhbərliyi "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. "Aleks" kod adlı şəxs [email protected] mail ünvanı ilə qeydiyyatdan keçmiş Aleksandra Kirbidir. O Londonda "Birmingem" və "Jagiellonian" universitetlərində təhsil alıb, 2015-ci ildən "Avropa Demokratiyaya Yardım Fondu"nun baş proqram meneceridir. "Daisy" isə [email protected] mail ünvanı ilə qeydiyyatdan keçib. Dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən "TBC Bank" və "Bank of Georgia" banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb.
Dəhşət doğuran acınacaqlı hal ondan ibarətdir ki, sözügedən müxalifətin təbliğat maşının əməkdaşları, eləcə də dağıdıcı müxalifətin təmsilçiləri ölkəmizin iç məsələlərinə dair məlumatları xarici ağalarına ötürürlər. İddialar irəli sürülər ki, guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur, müstəqil mətbuata qarşı təzyiqlər mövcuddur. Ən igrah doğuran məsələ odur ki, bu üzləri qara olmuşlar Qarabağ zəfərinin sevincini yaşayan xalqla eyni mövqedən çıxış etmirlər.
Dağıdıcı müxalifət açıq şəkildə xarici dairələrə agentlik edir
Dağıdıcı müxalif məxluqlar torpaqlarımızın 30 illik erməni işğalına son qoyulmasından pərişan olublar, qəmə-qüssəyə qərq olublar. Mətbuata verdikləri açıqlamalarında, sosial şəbəkələrdə paylaşdıqları statuslarında Qarabağın işğaldan azad edilməsinin "yarımçıq qələbə" olduğunu iddia edib, bu yöndə cəfəng, erməni lobbisinin maraqlarına xidmət edən fikirlər qeyd edirlər. Hətta Mozambikdə, Fransada, ABŞ-da, Şimali Koreyada baş verən əcaib-qəraib olaylara münasibət bildirən, bəzi məqamlara xoş hisslərlə təriflər yağdıran dağıdıcı müxalif məxluqlar noyabrın 8-də Xankəndidə keçirilən zəfər paradı ilə bağlı bir kəlmə də olsun fikir bildirmədi. Danışmadılar, dinmədilər, sanki paradın keçirilməsindən, xalqın coşqu ilə meydanlara çıxıb qürurlu anları şadyanalıqla qeyd etməsindən xəbərsizdirlər. Yəni qulaqları kar, gözləri kordur. Belə müxalifət şübhəsiz ki, satqın və xəyanət yolu tutan müxalifətdir. Hansısa Avropa dövləti belə hallar yaşasaydı, söz yox ki, həmin müxalif partiyaların dövlət qeydiyyatları ləğv edilər, rəhbərliyi isə həbsə atılardı. Nə edək ki, Azərbaycan dövləti humanist və xeyirxah missiya həyata keçirən dövlətdir. Qanunlarımız pərdəarxası xarici dairələrə agentlik edən dağıdıcı müxalif partiyalara qarşı hüquqi tədbirlər görməyə imkan vermir. Lakin hesab edirəm ki, vaxt çatıb, artıq xaricə agentlik edənlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində hüquqi tədbirlər görülməlidir. Nəzərə almaq lazımdır ki, bir sıra Avropa dövlətlərində və ABŞ-da, həmçinin keçmiş sovetlər birliyi ölkələrində "xarici agentlər haqqında qanun" qəbul edilib.
Qanun qəbul edilərsə, xarici maraqlı dairələrə agentlik edənlərin meydanları daralar
"Xarici agentlər haqqında qanun" ABŞ-dan sonra Fransa və Böyük Britaniyada qəbul edilib. 2012-ci ildə Rusiyada, 2017-ci il də isə Macarıstanda qəbul olunub. Norveç, Belçika, Niderland və digər Avropa ölkələri də oxşar qanunu qəbul ediblər. Gürcüstan dövlətinin "xarici agentlər haqqında qanun" layihəsini qəbul etməsi ilə ölkədə qarşıdurmalar yaşanıb. Layihənin müəllifləri hakim "Gürcü Arzusu" partiyası qanun icrası ilə ölkədə kök salan xarici agentlərin sıralarının seyrəlməsinə gətirib çıxaracaq. Gürcüstanda bir sıra KİV-lər, siyasi partiyalar, onlayn media, QHT-lər açıq şəkildə xarici dövlətlərdən maliyyələşir və maliyyə aldıqları dövlətlərin bəzi maraqları çərçivəsində çıxış edirlər. Bu isə hökuməti ciddi narahat edir. Gürcüstan parlamentinin qəbul etdiyi qanuna görə, Gəlirinin 20%-dən çoxunu "xarici qüvvvələr"dən əldə edən hər hansı təşkilat "Xarici Qüvvələrin Agentlərinin Reyestrində" qeydiyyatdan keçməlidir, əks halda 25 min lariyə (16 min AZN) qədər cərimələnəcək. "Xarici qüvvələrin agentləri" hesab edilənlər illik gəlir bəyannamələrini mütləq təqdim etməlidir. Ədliyyə Nazirliyinin "xarici qüvvələrin agentləri" hesab etdikləri təşkilatları araşdırmaq və sənədləri əldə etmək səlahiyyətinə malikdir. Gürcüstan dövlətinin qanun qəbul edilməsi ilə barışmayan Avropa və ABŞ-ın siyasi dairələri hökumətə qarşı ciddi təqyiqlər göstərdilər. Hətta 4-5 QHT-yə ayırdıqları 43 milyon ABŞ dolları ilə Tbilisinin mərkəzində aksiyalar təşkil etdilər. Bir neçə ay çəkən aksiyalar nəticəsiz qaldı. Dövlət hər cür təhdid və təzyiqlərə baxmayaq ölkənin mənafeynə xidmət edəcək qanunun qəbulundan imtina etmədi.
Bir sözlə, görünən ondan ibarətdir ki, əksər ölkələr müxtəlif şəbəkələrin əlində oyuncağa çevrilən fiziki və hüquqi şəxslərin vaxtında ifşa edilməsi üçün müvafiq qanunvericilik aktları qəbul edirlər. Halbuki, həmin ölkələrin əksəriyyəti, qara qüvvələr rolunda çıxış edirlər. ABŞ və Avropanın bəzi ölkələri Azərbaycan kimi güclənməkdə olan dövlətlərin uğurlarına, qələbələrinə kölgə salmaq üçün dağıdıcı müxalifətdən alət olaraq istifadə edirlər. Bu istiqamətdə milyonlarla maliyyə vəsaitləri xərcləməkdən çəkinmirlər. Ona görə Azərbaycan dövləti vaxt itirmədən beynəlxalq təcrübəyə uyğun olaraq "xarici agentlər haqqında qanun" un qəbul edilməsinə nail olmalıdır. Əgər belə bir qanun qəbul edilərsə, xarici maraqlı dairələrə agentlik edən AXCP sədri Əli Kərimli, "Milli Şura"nın rəhbəri Cəmil Həsənli və digərlərinin meydanları daralar. Onlar hər an ifşa olunaraq həbs edilə biləcəklərini dərk edib, ayaqlarını kənara atmaqdan və satqınçılıq etməkdən, xəyanət yolu tutmaqdan çəkinərlər. Əgər məsləhət olarsa, o halda biz Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək üçün beynəlxalq hüquq normalarına əsaslanan "xarici agentlər haqqında qanun" hazırlaya bilərik. Qanun qəbul edilsə, bir sıra çatışmazlıqlar aradan qaldırırlar və bu da cəmiyyətdə məmnunluq yaradar.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə