“İki böyük komandanın oyunu”

Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi komandasının 1/8 final matçında çıxacaqları İspaniya millisinə sürpriz etməyə çalışacaqlarını bildirib.

“Bu, bizim üçün çox çətin matçdır, biz dünyanın ən yaxşı komandalarından, böyük ambisiyaları olan, favoritlərdən biri ilə görüşürük. Doğrudur, biz onlara hörmət edirik, amma özümüzə də inanırıq”.

SİA-nın əldə etdiyi məlumata görə, Reqraqi azarkeşləri təəccübləndirməyə çalışacaqlarını da istusna etməyib.

İspanların böyük yarışlarda iştirak etmək üçün DNT-si olduğunu, onlarda isə olmadığını deyən mərakeşli məşqçi bunun üzərində işləyəcəyini bildirib.

Futbolçulara inam aşılayacağını deyən Reqraqi, İspaniya ilə Mərakeş görüşünü “iki böyük komandanın oyunu” adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə