"Kitab oxumayan gözəl qadın seçə bilməz" - ÇİNGİZ ABDULLAYEV TƏNQİD ETDİ
"Son dövrlərdə insanların kitaba olan marağının azalmasının əsas səbəbi onların gündəlik ehtiyaclarının kəskin şəkildə çox olmasından irəli gəlir". Bu fikirləri Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Neftçi” PKF Müşahidə Şurasının sədri Çingiz Abdullayev SİA-ya ekskluziv olaraq bildirib.
Məşhur yazıçı qeyd edib ki, bir çox insan maddi sıxıntıları ucbatından bütün gününü həmin problemin həllinə həsr edir: Nəticə etibari ilə də kitab oxumağa maraq göstərmir və zaman ayırmır. Lakin fikrimcə, hər bil halda onlar kitaba zaman ayırmalıdırlar. Çünki həyatın bitməsinə az qaldığını başa düşdükləri an kitaba ayırmadıqları zaman görə çox peşman olacaqlar. Ona görə ki, kitab oxumayan insanın dünyagörüşü çox aşağı, fikirlər və arzuları yarımçıq qalır. Hətta deyərdim ki, kitab oxumayan insan heç vaxt gözəl qadınla tanış belə ola bilmir. Bu səbəbdən də kitab oxumayan insanlara yazığım gəlir. Mən tövsiyə edərdim ki, hər kəs kitab oxusun".
Xalq yazıçısı eyni zamanda müasir dövrdə əsərlərini bəyəndiyi yazıçıların adını qeyd edib. O, bildirib ki, hazırda çox gözəl əsərləri olan müəlliflər mövcuddur: “Mən heç bir zaman kiməsə hansısa kitabı tövsiyə etmirəm. Kitab möcüzədir. Hər bir insanın özünə aid kitabı var və buna görə də o öz kitabını özü seçməlidir. İnsanın kitab oxuması üçün məcbur etmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB