Yulafın faydaları nələrdir? - ESKPERT AÇIQLADI

"Yulaf ən faydalı taxıl növlərindəndir. Qlüten ehtiva etmir və balansı bir qida birləşməsinə malikdir. Əsasən, səhər yeməyində yulaf əzməsi qəbul edilir". Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, qida dəyəri yüksək olduğu üçün çörək, keks, qurabiyə, probiotik içkilər, uşaq qidalarında istifadəsi getdikcə artır: "Elmi adı Avena Sativa olan yulafın tərkibində orqanizm üçün lazım olan vitamin, mineral, lif və antioksidantlarla zəngindir. Həmçinin sağlamlıq üçün faydalı olan beta-qlükan adlı əvəzsiz bir lifə malikdir. Çox faydalı bir lifdir və karbohidrat qaynağı olmaqla yanaşı, zülal və yağ baxımından da digər taxıl növlərinə görə zəngindir.
Dənələri böyük və sağlam olduğundan bişməsi çətindir. Bu baxımdan, əsasən əzilmiş, kəsilmiş və üyüdülmüş halda istifadə olunur.

Belə olduqda yulafın bişməsi qısa müddət çəkir.
100 qram yulafın qida dəyərini diqqətinizə çatdıraq:
Kalori: 389, Su: %8, Zülal: 16.9 qr. (avenalin), Karbonhidrat: 66,3 qr. (11%1-i lif, 85%-i nişasta), Lif: 10.6 qr (həll olur, beta qlükan lif), Yağ: 6.9 qram
Yulaf manqanez, fosfor, mis, dəmir, selenium, maqnezium və sink kimi orqanizm üçün faydalı minerallar və yüksək miqdarda B1 vitamini ehtiva edir.
Yulaf enerji mənbəyidir, səhər qəbul edildikdə qan şəkərinin səviyyəsini tənzimləyir, ürək sağlamlığı üçün faydalıdır. Tərkibində olan beta-qlükan immunitet sistemini gücləndirərək yaraların daha tez sağalmasını və antibiotiklərin daha təsirli olmasını təmin edə bilir. Orqanizm bakteriya, vrus və göbələk kimi müxtəlif mikroblara qarşı müqaviməti artır.
Körpələrin doğumundan sonra ilk beç ayda qidalanmalarına yulafın da daxil edilməsi uşaqlıq dövründə astma riskini üçdə iki miqdarda azalda bilir.
Tərkibindəki zəngin liflər bağırsaqların düzgün çalışması üçün də çox faydalıdır. Qəbzliyin tez aradan qalxmasına yardımçı olur. Tərkibində olan mis, sink, selenium və niasin kimi vitamin və minerallar dəri sağlamlığı üçün də çox faydalıdır. Əksər dəri baxım kremlərinin tərkibində kolloidal yulaf əzməsi olaraq adlandırılan üyüdülmüş yulaf ehtiva edir.
Hər hansı bir həzm probleminiz yoxdursa, hər gün yulaf yeməyin bilinən bir zərəri yoxdur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə