Deputat Qarabağ klubunu təbrik etdi

Hörmətli klub rəhbərliyi, məşqçi heyyəti və komandanın üzvləri, sizi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" komandasını mübarizədən kənarlaşdıraraq (1:1, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyiniz münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpaqğı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram.

Rauf Əliyev, Milli Məclisin deputatı, AFFA - nın vitse-prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə