İnsan nə zaman doğruları söyləyir? - VACİB MƏQAMLAR - PSİXOLOQ İZAH ETDİ

“Elə bir insan yoxdur ki, əsəbləşməsin və yaxud gülməsin. Bu baş verənlərin hər biri insan üçündür. İnsan psixasında yaranacaq bəzi reseptorlar var ki, həmin reseptorlar bir neçə müddət içəriyə yığılmış və onu narahat edən anlarıdır. Əsəbi vaxtda isə biz bu səbəbin nəticəsini veririk”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, uşaqlar arasında olan davalardan danışsaq məsələni daha aydın izah edərik: “Buraya ibtidai sinif və yeniyetməlik dövrü davaları aiddir. Məsələn, “Sən məndən köçürərək imtahandan keçdin”, “Sən o zaman belə demişdin”, “Mən səndən daha yaxşı oxuyurdum”. Bu zaman insanın içində paxıllıq yaranmağa başlayır.

Buna cütlük davalarını da misal göstərmək olar. Bu mübahisədə “Sən busan” deyərək o insanı qarşımızda ucuzlaşdırırıq. O insan sözün təsiri altına düşdüyündən ürəyi qarşı tərəfə qarşı sınır. Bunlar insanın psixi xüsusiyyətinə aid olan durumlardır”.

Psixoloq sözlərinə belə davam edib: “İçkili olanda həqiqətləri söyləyən insanlar da var. Bu insanlar adətən çox sakit təbiətli olurlar və bu səbəbdən də emosiyalarını çölə verə bilmirlər. Həmin zaman ağıllı emosiya bir-birini tamamlayır.

İçkili vaxtı isə vəziyyət tamamilə fərqlidir. Heç vaxt sevgisini dilə gətirməyən insan içkili zamanı öz sevgisindən danışır. Səhəri gün sakit başla düşünür ki, mən bunu düz etməmişəm. Halbuki, düz etdiyi içkili vaxtı olan halıdır. İçkili zaman o, mənliyini olduğu kimi qəbul edir.

Kaş heç içki olmazdı. Çünki içki bir çox insan arasında problemə səbəb olan amillərdən biridir. Nə qədər ki, biz insanlar varıq, deyib gülüb əsəbləşəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...