Bu gün paytaxtda piyada təhlükəsizliyi necə tənzimlənir? - EKSPERT AÇIQLADI

"Bu gün paytaxtda piyadalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Onlar çox xaotik şəkildə hərəkət edirlər". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, yol hərəkəti qaydalarına əməl edən piyadalarımızın sayı getdikcə artmaq əvəzinə azalır: "Doğrudur, bəzi piyada keçidlərində zolaqlar görünmür, boyalar silinir və ya nişanlar ağacların arxasında olur, insanlar görə bilmir, keçidlər arasındakı məsafələr uzaq olur. Amma bəzən elə olur ki, keçidin yaxınlığında qayda pozuntuları daha çox baş verir. Bu, təəssüf doğuran bir haldır. Yüksək sürətli yollarda yeraltı və ya yerüstü keçidlərdən istifadə etmirlər. Bu gün Bakı şəhərində bizi ən çox narahat edən hadisələr də biri də piyada qəzalarıdır. Elə düşünürlər ki, yol polisi hər hansı bir tədbir görmür. Amma bu elə deyil. Yol polisi gündəlik iç rejimində piyadalarla mübarizəni əsas prioritet kimi nəzərdə tutur. Bakıda gün ərzində onlarla piyada cərimə olunur. Bu qədər cərimələr, cəzalar tətbiq olunduğu halda təəssüf ki, yol hərəkəti qaydalarına riayət etməyən insanlar var. Bu gün yol nəqliyyat hadisələrində piyada vurma 50%-dən yuxarıdır. Narahatlıq doğuran budur. Azərbaycanda piyadavurma hadisələrinin azalda bilsək, Azərbaycan nəqliyyat hadisələrinin sayında Avropa ilə müqayisə ediləcək bir ölkəyə çevrilə bilər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...