Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb

Azərbaycanda 58 siyasi partiya var. Onlardan 7-si 2020-ci ildə, 2-si isə bu il qeydiyyata alınıb.

SİA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkədə 3 359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti var.

Şöbə rəisi deyib ki, son 5 ildə vətəndaş cəmiyyətlərinə 10 minə yaxın layihə üzrə 900 milyon manatdan çox vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...