Kişilər niyə iki telefondan istifadə edir? - MARAQLI FAKTLAR - ARAŞDIRMA

Media bu gün həyatımızın mərkəzində olduğu üçün geyimimizdən tutmuş davranışımıza, düşüncə tərzimizə qədər hər sahəyə təsir etməsi təəccüblü deyil. İnternet bütün dünyada mövcud olduqdan sonra ünsiyyət olduqca asanlaşıb. İnternet sayəsində hər sahədə məlumat əldə edə bilirik.

Texnologiyanın inkişafı ilə birlikdə smartfonlar hər kəsin əlindədir. Asılılıq səviyyəsində irəliləyirik. Təəssüf ki, telefonda məhdudiyyətlər qoymağı bilmirik. Telefon bədənimizin ayrılmaz bir hissəsinə bənzəyir. Gecə telefonla mesaj yazarkən yuxuya getmək, səhər yuxudan oyanmaq və s. bütün işimiz telefonla. E -poçtlar, həyəcan siqnalları, mesajlar, oyunlar, sosial media ... Şüursuz istifadə bizi dörd tərəfdən əhatə edir.

İnternetdə çox vaxt keçirmək cütlüklərin və münasibətlərin dinamikasına çox mənfi təsir edir. Cütlüklərdə ünsiyyətin olmaması, aldatma, virtual dünyada həyatın təqlidindən yaranan bədbəxtlik, narazılıq və depressiya.

Xoşbəxt bir əlaqə üçün cütlüklərin üz-üzə ünsiyyət qurmağı öyrənmələri lazımdır. Bir tərəfdaş danışarkən, digəri əlindəki telefonu "dinləyir" kimi davranır. Dinlədiyini düşünür, amma təsirli dinləmir. O vaxt göz təması, dinlədiyi jestlər, empati yoxdur. Bu baş verdikdə, anlaşılmayan tərəfdaş qəzəblənir. Məni dinləmirsən, anlamırsan. Əslində, səhv ünsiyyət və sonra ciddi uyğunsuzluq ortaya çıxır. Ünsiyyətin olmaması və anlaşılmazlıq səbəbindən boşanma halları artır.

Xəyanətin bir sıra növləri var:

Boşanma yolunda olan xəyanət

Boşanma yolunda olan insanlar boşanma gününə qədər davamlı olaraq özləri üçün yeni birini tapırlar. Çünki boşandıqdan sonra tək qalmaq fikrinə dözə bilmirlər. Bu tip şəxslər, "Onsuz da boşanacağıq" deyərək “İnstaqram”dan biri ilə görüşürlər. Halbuki bu, gizli şəkildə edildiyi müddətcə xəyanət sayılır. Boşanma yolunda bunu həyat yoldaşınıza söyləyirsinizsə, bu dürüstlükdür. Ancaq unutmayın ki, bunu gizli şəkildə etdiyiniz müddətcə xəyanət hesab olunur.

Bir dəfəlik əlaqə

Alkoqol içdiyiniz bir mühit, həyat yoldaşınızsız bir əyləncə, şəhər xaricində iş görüşməsi və eyni şəxslə bir dəfə cinsi əlaqədə olmaq kimi həyat yoldaşınızın hüzurundan fiziki olaraq uzaqlaşdırdığınız bir yerdir. Əksər insanlar bunun "onsuz da yanımda yox idi" məntiqi ilə aldatdığı fikriniqəbul etməsələr də, bu da əsl xəyanət sayılır.

İş yerində şəxsi tanışlıq

Birincisi, iş yerində tanışlığın sosial tanışlıqdan çox fərqli olduğunu xatırlamaq vacibdir. Deyək ki, ofisdə söhbət etməkdən zövq aldığınız və qəlbinizdə cazibədar gördüyünüz bir dostunuz var. Nahar fasilələrində birlikdə şam yeməyinə çıxırsan, qəhvə fasilələrində tək başına dedi-qodu edirsən, həmişə yığıncaqlarda yan-yana oturursan, həftə sonu görüşürsən və təqdimatlar üzərində işləyirsən. Bəli, görünüşdə tipik iki iş yoldaşısınız. Ancaq əslində atəşlə oynadığınızı başa düşürsünüz?

Daim “axtarılan” şəxs olmaq

Cütlüklərin bir-birinə bağlanmadan saxladıqları əlaqələr bir ipdən asılır. Partnyorlarına sadiq hiss etməyən insanlar "Daha yaxşı bir alternativ çıxana qədər səninləyəm" mesajını verən davranışlar sərgiləyirlər. Bu tip münasibətlərdə cütlüyün ortaq məqsədləri bir-birindən fərqlidir. Biri əlaqələrini öhdəçiliklə yaşadığı halda, digəri bu münasibətlərdə yaxşı bir fürsət gözləyən "müvəqqəti bir sərnişin" kimidir. Belə insanlar qarşlarına çıxan heç bir fürsəti əldən vermirlər. Bu səbəbdən ortaqları ilə heç vaxt möhkəm bir bağ qurmurlar. Sadiqlik hissi olmayan insanlar münasibətlərini və tərəfdaşlarını qiymətləndirmirlər.

Sosial media vasitəsi ilə

Unutmayaq ki, texnologiya sadəcə bir vasitədir. Onu günahsız və ya xəyanətkar məqsədlər üçün istifadə etmək öz əlimizdədir.

Ən günahsızı başqasına aşiq olmaqdır

Sevgi, həyatın çətinliklərindən qaçmağa, gözəllikləri yenidən görməyə, həyatı daha xoşbəxt bir şəkildə qucaqlamağa, özünü daha gənc və daha güclü hiss etməyə imkan verdiyi üçün rədd edilə biləcək bir duyğu ola bilməz. Buna görə də aşiq olan adam xəyanət etməməli olduğunu düşünə bilmir.

Qarşı tərəfi digər insanlarla müqayisə etmək

Münasibətin sonrakı mərhələlərində cütlüklərin bir-birlərini başqaları ilə müqayisə etməsi adi haldır və tez-tez digər insanların həyat yoldaşları ilə müqayisə edilən tərəfin psixikasında dərin yaralar açıla bilər. Əgər ortağınızı daim kənar adamlarla müqayisə edirsinizsə, buna “başdan aldatma” deyilir.

Günümüzdə bəzi kişilər iki telefon istifadə edir. Təəssüflər olsun ki, onların sayı kifayət qədərdir. Bir sıra araşdırmalar göstərir ki, kişilərin iki telefon işlətməsinin altında bir sıra məxvi səbəblər yatır ki, bunlardan biri də xəyanət ola bilər. SİA olaraq məsələ ilə bağlı araşdırma aparıb ekspert, sosioloq, psixoloq və hüquqşünasların fikirlərini öyrəndik:

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Telefon Azərbaycanda son illərin həm aksessuarı, həm də özünə güvənliliyi sübut etmək, başqalarından fərqlənməyini göstərmək üçün bir əşyaya çevrilib. Əgər, əvvəllər bir çox bahalı markalar, orjinal markalı telefonlar, daha sonra smartfonlar bir qrup ədabaz, meşşan təbiətli insanların özlərini başqalarından fərqləndirmək üçün istifadə etdikləri aksessuar hesab olunurdusa, indi artıq bu iki və daha artıq telefon kimi özünü göstərməkdədir.

Bir çox insanlar, xüsusən də kişilərdə daha çox bu özünü göstərir, amma, bəzi qadınlara da bunu şamil etmək olar. İki və daha artıq telefon işlətmək xəstəliyi var. Əslində bunlar heç özləri də bilmədən onsuz da son dövrdə əksər smartfonlar, ağıllı telefonlar iki nömrəlidir və iki nömrə işləyən zaman iki radiasiya almaq deməkdir. Eyni zamanda, üç dəqiqədən artıq danışan zaman isə bilirsiniz ki, hər iki nömrə işlək olan vəziyyətdə əsas smartfon və əsas antenadan dalğalar alan zaman çox böyük bir radiasiya fonu yaranır və birbaşa beyin xərçənginə aparan bir faktordur. Bu da insan səhhətinə və inkişafına çox böyük ziyan vurur. Təsəvvür edin ki, iki və üç smartfon gəzdirən kişilərdə isə bu daha dəhşətli fəsadlar törədir və ona görə də bizim bütün xəstəxanalarda xəstələrin əlindən yer tapmaq mümkün deyil. Bir tərəfdən korona, digər tərəfdən bu telefonlarla bağlı yaranan fəsadlar və xəstəliklərdir. İki telefonu cibində və yaxud sinəyə yaxın bir yerdə yerləşdirən kişilər özləri də bilmədən bədənlərini dəhşətli şüalanmaya tuşlayırlar və bu da onların gələcək həyatında mənfi rollar oynayacaq.

Əgər, biz, statistikaya baxsaq son illərdə kişilər və qadınlar arasında sonsuzluğun yayılmasının şahidi oluruq. Artıq çoxdandır qeyd edilən hallarla bağlı təcrübələr aparılır. Bu təcrübələr nəticəsində belə qərara gəlinib ki, imkan daxilində smartfon və telefonlarda gün ərzində müəyyən müddətdə yəni, yarım saatdan bir, üç dəqiqədən çox olmamaq şərtilə istifadə etmək lazımdır. Eyni zamanda belə bir imkan varsa, daha çox naqilli mikrofonlardan və qulaqcıqlardan istifadə etməklə şüalardan bir qədər özünü qorumaq lazımdır.

Əslində bir çox kişilərin bir neçə telefon və smartfon istifadə etməsi, müxtəlif nömrələrdən yararlanması onların düz əməl sahibi olmamasına dəlalət edir. Bu artıq psixoloq və sosioloq tərəfindən araşdırılıb. İnsanın digər insanlardan, dostlardan, ailə üzvlərindən, xüsusən də həyat yoldaşından gizli əlaqələri varsa və yaxud müxtəlif insanlarla ictimai nigaha və münasibətlərə girirsə deməli bu böyük bir problemdir. Çox az sayda insan var ki, bəli, onlar işlə bağlı bir neçə telefon işlədə bilərlər. Bu əsasən dövlət qurumlarının nümayəndələri, hüquq-mühafizə orqanları və məxfi qurumların nümayəndələrinə aiddir. Amma, hər hansı bir iş adamı, biznesmen və yaxud tanınmış milyarderlərə baxanda xaricdə onlar heç smartfon da istifadə etmirlər. Onlar informasiya təhlükəsizliyinə və yaxud fərdi məlumatların sızmamasına görə onlar daha çox keçmişdə olan sadə telefonlardan istifadə edirlər. Çünki, onun şüalanması da azdır, ondan müəyyən şəxsi məlumatları və yaxud danışıqları götürmək də çətindir.

Amma, Azərbaycanda bir növ xəstəlik yaranıb. Fikir verin, tələbələrin şəklinə baxın, universitetə gələn kimi şəkil çəkir və partanın üstündə nə olsa yaxşıdır, iki bahalı telefon, yanında bahalı siqaret və yanında maşın açarı. Bu tələbə oxumağa gəlir, yoxsa özünü göstərməyə?! Və yaxud çayxanada dostları ilə görüşən insanların çəkdiyi şəkillərə baxın. Eynilə həmin şeylərdir. İnsanlar sadəcə geyimi ilə özlərini göstərirdilərsə, indi smartfonları, maşınları ilə özlərini göstərmək istəyirlər. Anlamırlar ki, bütün dünyada artıq minimalizm dəbdədir və insanlar hətta xarici ölkələrdə insanlar smartfondan qurtulmaq və sadə həyatı minimal tələblərə uyğun yaşamağa üstünlük verirlər. Meşəyə gəzməyə gedirlər, muzeylərə, kinoteatrlara, teatrlara üz tuturlar. Bizdə isə əksinədir. Özümüzü dünyanın ən yeni texnologiyaları ilə bir növ kəməndə atmış oluruq. Bununla da, həm öz şəxsi məlumatlarımızı, həm həyatımızı, həm də ümumiyyətlə, vaxtımızı, zamanımızı sağlamlığımıza ziyan vuran addımlara xərcləyirik.

Son vaxtlar smartfonların mənfi nəticəsindən cavan uşaqlarımız evlənirlər və uşaq dünyaya gətirə bilmirlər. Oğlanlarımız da normal kişilik funksiyalarını yerinə yetirə bilmirlər. Əgər mənə inanmırsızsa səhiyyənin məhz övladlığa və yaxud ailənin artımına cavab verən şöbələrinə müraciət edin. O həkimlər ki, seksopatoloqdur, psixoloqdur, onlarda çox dəhşətli faktlar var”.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “İki telefon məsələsinə daha çox gizlilik, məxfilik tələb edən sahələrdə işləyən kişilərdə rast gəlmişəm. Tutalım, hərbidə işləyən tanışlar görmüşəm ki, işdə smartfona icazə yoxdur və sadə telefon işlədir. Yəni, adi bildiyimiz knopkalı telefonlardan. Smartfonu işdən sonrakı həyatında işlədir. Tutalım, günortaya qədər işdə olur, günortadan sonra smartfondan istifadə edir. Buna görə iki telefonu var.

Amma evdən gizlin iki telefon işlədən insanlar barəsində də eşitmişəm. Maşında, işdə saxladıqları barədə də eşitmişəm. Yəni, ailəsindən gizli istifadə edirsə, demək ki, iki səbəb ola bilər, ya ailəsindən gizli hər hansı bir işlə məşğuldur, ya da həyat yoldaşına xəyanətlə məşğuldur. Bununla bağlı ola bilər, o telefonu işlədənlərin hərəsinin özünün haqlı səbəbləri olsun, amma gizli telefon işlətməyin məncə bunlardan başqa səbəbi ola bilməz. İşlə bağlı iki telefon işlətmək məsələsi başa düşüləndir. İcazə yoxdursa, yoxdur. Smartfonu işdən sonra işlədir və bunu gizli saxlamır. Amma, gizli formada ikinci telefonu işlədənlər də var ki, burada açıqlayıcı səbəblər nə olursa olsun, əgər gizlədirsə deməli yolunda getməyən nələrsə var.

Müasir smartfonlarda bir telefonda iki sistem işlətmək qaydası da var ki, iki telefon əvəzinə bir telefonda iki sistem işlətmək real olur. Yəni, istəsə iki telefon işlətmək istəmir, amma əslində bunu gözdən pərdə asmaq üçün deyir. Lakin, bir telefonda iki sistem idarə edə bilir. Ev əhalisinin bu ikinci sistemdən xəbəri yoxdur. Bu gizli formada olur”.

Psixoloq Mahuxanım Teymurova: “Niyə bəzi kişilər iki telefon istifadə edir? Bunun altında hansı səbəblər yatır? Bəziləri deyir ki, guya biri iş üçün nəzərdə tutulmuş telefondur.

Hər kişi fərqli məqsəd üçün iki telefondan istifadə edir. Birincisi ola bilər ki, iş telefonu olsun. İkincisi bəzi insanlar ilk aldığı telefonu xatirə saxlayırlar. Üçüncü ehtimal isə "Aldatmaq".

Cütlüklərdən birinin başqa bir insanla emosional əlaqəyə girməsinə xəyanət deyilir. İnsanlar həyatındakı fiziki və emosional boşluqları doldurmaq üçün aldadırlar. Həyat yoldaşlarını aldatan kişilər qadağa olunan münasibətlərini gizləməyə çalışarkən çox diqqətsiz davranırlar. Həyat yoldaşını aldadan kişilər, ilk olaraq telefonlarına parol qoyaraq başlayırlar və aldadanda telefonlarını onlara göstərməmək üçün səy göstərirlər. İkinci bir telefon alırlar və yeni telefonunu həyat yoldaşından gizlədirlər. Bəzən ikinci bir sim kartı alırlar və bu sim kartı həyat yoldaşlarından gizlədirlər. Telefonlarında olan zəngləri və zəng qeydlərini daim silirlər.

Bəs niyə aldadırıq?

Hər bir insanın güvənə, sevgiyə, yaxınlığa, heyranlığa ehtiyacı var. Münasibətlərində bu ehtiyacları tapa bilməyən fərd bir axtarışa gedə bilər və bunu tapanda həmən insanla birlikdəliyi olur. Lakin bu qısa müddətli bir həll yaradır. Biraz müddət keçdikdən sonra ona qarşı əvvəlki sevgi olmur...

Bəzi insanlarda şəxsiyyət pozğunluğu var və bu insanlar aldatmağa meyillidirlər.

Aldatma duyğual və cinsi ola bilər. Duyğusal aldatma qadınlarda daha çox görünür. Cinsi aldatma isə ən çox kişilər tərəfindən olur və kişi həyat yoldaşını yalnız cinsi yolla aldadırsa bunun əsasında intiqam hissləri var”.

Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərov: “Ailə dəyərlərinə görə telefonla olunan xəyanət də xəyanət sayılır. Lakin, hüquqi müstəviyə baxdıqda, nikah könüllüdür. Yəni, hər insanın seçim hüququ var. Ola bilər ki, bir insan digəri ilə 5 il yaşasın və münasibətləri normal olmasın, fikirlər üst-üstə düşməsin. Lakin, hüquqi müstəvidə nikahda ola-ola xəyanət etməyin hər hansı bir cəzası yoxdur. Əgər bu xəyanət yalnız telefon üzərindədirsə bu zaman heç bir cəza tətbiq olunmur. Lakin, əgər şəxsin telefonunda xəyanət etdiyi şəxslə erotik və pornoqrafiq video səhnələri varsa bu zaman şəxsin həyat tərzi əxlaqsız həyat tərzi kimi nəzərə alınır”.

Məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik:

Şəhər sakini Fidan Məmmədova: “Kişilərin ikinci telefon işlətməsində bəhanə iş olsa da, amma əsas səbəb xəyanətdir. Əsasən o telefonu maşında və ya evdə gizlin bir yerdə saxlayırlar. Yəni iş üçün istifadə edən ikinci nömrə vasitəsilə də idarə edə bilər. Artıq ikinci telefonda əlavə işlər olur. Hətta, əlavə “İnstagram” işlədib gizli girib çıxış edə bilirlər. Bu isə onların xəyanətinin ən asan üsuludur”.

Şəhər sakini Ziya Hikmətoğlu: “Cəmiyyətimizdə bəzi kişilərdə biz müşahidə etmişik ki, iki mobil telefondan istifadə edirlər. Bunun səbəbini soruşduqda isə müxtəlif cür bəhanələr dilə gətirirlər. Bu bəhanələrin sonunda isə ailədə probləmlərin üzə çıxdıqını görürük. Nəticədə, boşanma və ya ayrılıq hadisələrinə şahid oluruq. Mənim fikrimcə, bir mobil telefondan istifadə etmək gözəl olar”.

Şəhər sakini Zərintac Mayisqızı: “Bir çox kişilər iki telefondan istifadə edir. Bu işlə bağlı ola bilər. Lakin, bəzi kişilər isə ikinci telefonu xəyanət üçün istifadə edir. Bu danılmaz bir həqiqətdir. Lakin, bu hərkəsə şamil olunmur”.

Şəhər sakini Şəbnəm İsgəndərova: “Düşünürəm ki, bəzi kişilərin iki telefon işlətməsi normal haldır. Çünki, insanın ikidən çox nömrəsi olduqda avtomatik olaraq ikinci bir telefona ehtiyyac duyulur”.

Şəhər sakini Sevil Sultanova: “Bəzən xanımlar, kişilərin bunu xəyanət etmək üçün istifadə etdiklərini deyirlər. Amma mən belə düşünmürəm. Mənə görə bunun tək səbəbi elə qadınlardır. Kişilər kifayət qədər azad həyat sürürlər və evlənən kimi qadın çökür boğazına ki, “Facebook”a niyə çox girdin?”, “İnstaqram”da aktivsən kimə yazırsan?” və s. Bu halda da azad həyat sürən kişi bezir. Tək çarəni isə gizlin ikinci telefon işlətmək, saxta profillər istifadə etmək kimi hallarda görür. Qadınlar kişilərə inansa və onlara şübhə ilə yanaşmaq yerinə inamla yanaşlar belə olmaz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə