Gədəbəydə şəhid Seymur Ələsgərovun xatirəsi yad edilib - FOTOLAR

Sentyabrın 28-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid -​ rayonun ​Novosaratovka kənd sakini Ələsgərov Seymur Əli oğlunun xatirəsi yad edilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları şəhidin məzarını ​ziyarət edib, məzarına ​tər güllər düzüblər.

Ailəsi ​ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...