Azərbaycanda sentyabrın 15-dən dərs ilinin başlaması ilə sərnişin sayının artması fonunda Bakı Metropoliteni qatarların sayını artırmağa və hərəkət intervalını azaltmağa hazırlaşır.
İndi metroda sərnişin sıxlığı yoxdur - bu da koronavirus pandemiyası ilə mübarizədə alınan təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Lakin yeni tədris ilinin başlaması ilə metro "Həzi Aslanov-28 May" istiqamətində gedən qatarların pik saatlarında hərəkət intervalını iki dəqiqəyə endirərək qış cədvəlinə keçməyi planlaşdırır.
“Sputnik Azərbaycan” xəbər verir ki, QSC -nin texniki baxımdan intervalın daha da azaltmaq mümkün deyil. Hazırda Bakı Metropoliteninin nəqliyyat xidmətləri günün müxtəlif vaxtlarında sərnişin sayının artması tendensiyasını öyrənirlər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB