2021-ci il çox əlamətdar il olacaqdır

Ötən ilin sonunda 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordsunun Qarabağ Zəfəri və ölkəmizin əldə etdiyi hərbi-siyasi uğurlarla paralel olaraq iqtisadiyyatımızda inkişaf etmişdir. 2020-ci ilin yekunlarına görə qeyri-neft sənayemiz 11%-dən çox, kənd təsərrüfatı 2%, valyuta ehtiyyatlarımızı 0,5%-dən çox artması, dünyanı bürüyən pandemiya və iqtisadi tənəzzül şəraitində iqtisadiyyatımızın 4%-dən bir qədər çox azalması, sənayemizin inkişafı və şaxələndirilməsi, istiqamətində əldə edilən uğurlar, ilin sonunda Azərbaycanın əsas təşəbbüskarı olduğu uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin son seqmenti TAP-ın və bütünlüklə Dəhlizin istismara verilməsi,tarixində ilk dəfə olaraq Azərbaycanın Avropa məkanına daxil olması və Avropa ölkələrinə təbii qaz ixracına başlaması, deyilənlərin əyani sübutudur.

Yenicə qədəm qoyduğumuz ilin əvvəlindən Qarabağda başlamış bərpa və yenidənqurma işləri, işğaldan azad edilmiş torpaqlarda əkin işlərinə başlaması, Şuşaya yeni avtomobil yolun çəkilməsi, Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə Füzuli rayonundakı hava limanında təməlqoyma, yanvarın 18-də Sumqayıt Kimya Sənaye parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma mərasimlərinin keçirilməsi, “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin açılışı,nəqliyyat və logistika sahəsində başlanmış iri miqyaslı işlər, beynəlxalq və regional layihələr deməyə əsas verir ki, 2021-ci il iqtisadi sahədə Azərbaycan 2020-ci ildə əldə etdiyi hərbi-siyasi uğurların davam ili olacaqdır.

Cənab Prezidentimiz İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dediyi kimi; ”2021-ci il çox əlamətdar il olacaqdır.Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”.

Ramiz Göyüşov

YAP Binəqədi rayon

təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə