Azərbaycan multikultural dövlətdir - MÜNASİBƏT

...Eyni zamanda dütün dinlərin adət-ənənələrinə də hörmətlə yanaşır

Bu gün görkəmli mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti ilə bağlı xəbərləri oxuyanda təəccübləndim. Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ bölgəsinin xristian mədəni, bədii və memarlıq irsinin abidələrinin daha da qorunması üçün Ümumdünya İrs Siyahısına daxil edilməsini xahiş edirlər. Müsəlman abidələrinin təhqir və məhv edilməsinə gözlərini yummanlar yalnız Dağlıq Qarabağdakı xristian kilsələrini qorumağı açıq şəkildə bildirən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi. Ermənilər 30 il ərzində işğal etdikləri tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın ərazisində müsəlmanlara aid 67 məsciddən 63-ü dağıdılıb, təhqir edilib! Dağıdılmış müsəlmanlara aid tarixi və mədəni abidələrin sayı yüzlərlədir. Qarabağda Azərbaycana aid yüzlərlə mədəniyyət və dini abidəsinin başına gələn fəlakətə tamamilə məhəl qoyulmur, Alban-Udi kilsəsi vicdansızcasına erməniləşdirilir, dağıdılır.

Hər bir obyektiv müşahidəçi Azərbaycanın özünü bütün dini ənənələrə eyni dərəcədə hörmət edən, multikultural bir dövlət kimi göstərdiyini müşahidə etmiş olar. Bakı Dünya dini Liderləri Zirvə görüşünün dəfələrlə keçirildiyi azsaylı paytaxtlardandır. Belə olmasaydı Patriarx Kirillin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə mütəmadi görüşməzdi.

Ancaq UNESCO-nun diqqətini Qarabağın ərazisindəki tarixi mədəni irsə cəlb etməsini tamamilə düzgün hesab edirəm. Ümid edirəm və bu yaxınlarda 75 illik yubileyini qeyd edən bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin abidələrin dini mənsubiyyətini nəzərə alınmadan, obyektiv və qərəzsiz olaraq bölgənin tarixi irsinin daha da qorunması üçün araşdırmalara başlamaq və müvafiq qərarlar qəbul etmək üçün kifayət qədər istəkli olacaqlarına inanıram.

Damir Muxetdinov,
Rusiya Federasiyası İctimai Palatasının üzvü,
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə