Türkiyəli idman aparıcısı Dilay Kemer dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 32 yaşlı aparıcı xeyli müalicə alsa da, heç bir faydası olmayıb. Dilay Kemerin spikeri olduğu "Fənərbaxça" Futbol Kulubu sosial şəbəkədə aparıcının vəfatı ilə əlaqədar paylaşım edib. Paylaşımda "Çox təəssüf ki, əziz qızımızı, Dilayımızı itirdik" kimi ifadələr yer alıb.

Qeyd edək ki, Dilay Kemer bir müddət əvvəl də, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Lakin aparıcıya sümük iliyi transplantasiyasının nəql edilməsi nəticəsində o yenidən sağalaraq ayağa qalxıb. Bir müddət sonra isə spikerin xəstəliyi yenidən təkrarlanıb. Buna baxmayaraq, Dilay Kemer xərçəngə qalib gələcəyini və son nəfəsinə qədər mübarizə aparacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə