Bakıdakı “Cafe Anderson” adını dəyişir - SƏBƏB?

Bakıda fəaliyyət göstərən "Cafe Anderson" kafesi bu şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirlərini əsas gətirərək sözügedən brendin adından istifadə etməkdən imtina etdiyini bildirib. SİA xəbər verir ki, Bununla bağlı "İnstagram" hesabından paylaşım edilib. Kafenin Bakıdakı şöbəsinin rəhbərliyi qərar verib ki, bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırsınlar və onların franşizasından imtina etsinlər.

O da vurğulanıb ki, tezliklə kafenin adı da dəyişdiriləcək.

Qeyd edək ki, Anastasiya Tatulova bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə