“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Balakəndə - FOTOLAR

AFFA-nın və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 21 sentyabr 2020-ci il tarixdə Balakən rayonunda keçirilib. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Bu layihə çərçivəsində keçirilən tədbirdə rayonun az saylı xalqlarının yaşadığı Şərif kəndindən 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı yaratmaq və artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Balakən Rayonundan Milli Məclisə seçilmiş deputat Nəsib Məhəməliyev, Milli Məclisin deputati Sabir Hacıyev, Rayon Gənclər ve İdman İdarəsinin mudiri Rasim Paçalov və ictimaiyətin digər nümayəndələri iştirak ediblər.

Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə