13 şəhər və rayonda açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib
Sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib.
SİA-nin məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketində yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə