Ermənilər Gürcüstanı “öz sərhədlərinə” qatırlar

Xristian erasının əvvəllərində ermənilər Gürcüstanın arasındakı sərhəddi Kür-Arazın suayrıcı silsiləsindən, özü də Çorox dərəsinin orta hissəsindən Gürcüstanın sərhədlərini olmayan “ərazilərinə’” daxil edirlər. Burada Strabon bunun sərhədinin dağlarda olduğunu düşünür, Plini isə İberiyanın ərazisinin Pariadr dağlarına qədər uzandığını iddia edir. Əgər bütün tədqiqatçıların tərəfindən qəbul edilən fikirlə razılaşsaq, onda belə çıxır ki, qədim Pariadr indiki Parxal dağıdır (Bu baxımdan isə Pariadr adının Parxaldan çox cənub-şərqdə yerləşən dağlara aid olmasına inanırıq). Belə bir halda isə Tao dövründən götürülmüş Parxal dağının yalnız cənub-qərb sərhədinin olduğunu sübut etmiş olarıq. Şərqi Gürcüstan çarlığının bir hissəsi.

Canaşia yazır: Eramızın I-III əsrləri gürcü çarlığının əhəmiyyətli dərəcədə gücləndiyi bir dövrdür. Roma ilə İran arasındakı bitmək bilməyən müharibənin meydanına çevrilən erməni bölgəsi isə getdikcə zəifləmiş və tükənmişdi. Bu, Gürcüstan sərhədində ərazi mülkiyyətinin yenidən bölüşdürülməsinin dövrüdür. Bizim iddiamız, ilk növbədə, I əsrin ikinci yarısına, Gürcüstanın çar nümayəndələrinin erməni taxt-tacında oturması ilə bağlıdır.

Tatsitin verdiyi məlumata əsasən, e.ə. 58-ci ildə gürcü çarı I Farsmanın əmri ilə erməniləri mesxilər özlərinə tabe edirlər . Deməli, mesxilər bu zaman gürcü çarının təbəələri olaraq qalmaqda davam edirlər. Axı mesxilər, hamıya məlum olduğu kimi, IX-X əsrlərdə Tao-Klarceti çarlığını təşkil edən Cənubi Gürcüstan əyalətlərinin sakinlərinin adı idi. Lakin bunlardan belə bir nəticə də çıxarmaq olar ki, e.ə. I əsrin ortalarında Tao-Klarcetinin ərazisi Gürcüstan çarlığının bir hissəsini təşkil edirdi. Onu da demək olar ki, D. Kassinin Gürcüstan çarlığının ərazisinin artırılmasına dair məlumatı var. VI əsrin ortaları üçün isə Zaqafqaziya işlərində heyrətamiz dərəcədə məlumatlı olan yazıçı, məşhur Bizans tarixçisi Prokopi Kesariski, bir daha təsdiq edir ki, yüksək dağlıq ölkəni tutan mesxilər qədim zamanlardan bəri gürcü vətəndaşlarıdır. .

Tao-Klarcetinin cənubi gürcü feodal knyazlığının əsası ilə baxılan rayonlarda vəziyyət daha aydın şəkildə müəyyən olur. Knyazlığın ərazisi əvvəllər itirilmiş rayonları da daxil olmaqla, cənuba doğru getdikcə genişlənir. 952-ci ildə Prokopi kimi Qafqaz məsələləri barəsində çox yaxşı məlumatlı olan, Bizans imperatoru Konstantin Baqryanarod (yəni çar nəslinə mənsub olan) qəti şəkildə Tao-Klarceti Baqrationlarının mülkiyyəti Feodosiopolu özünə yaxınlaşdırdığını təsdiq edir. Ərzurum və bu sektorda olan Gürcüstan ilə imperiya arasındakı sərhəd Araz çayı boyunca keçir. Konstantin yazır: ...“onun (Gürcüstan kuropalatının) xahişi ilə (qərara alındı) Fazianın (gürcü dilində Basiani, Ərzurum ilə qonşu olan bölgə - S. D.) sərhədi kimi Eraks və ya Fazis çayı əsas götürülmüşdü; torpaqlar İberiyanın (Gürcüstan) istiqamətində sola ayrılmışdı ki, bu hissə də iberlərə (gürcülərə) məxsus idi; sağa, Feodosiopol tərəfə, qalalara və kəndlərə ayrılan hissə isə bizim əzəmətimizə xidmət edirdi, beləliklə də çay hər iki mülkiyyət arasındakı sərhəd idi”. Həmin əsrin sonunda Tao-Klarceti çarlığının rəhbəri David III Kuropalat öz mülklərinə Van gölünün şimal sahilinə eləcə də, dağlara qədər olan yeni geniş sahələri birləşdirdi. Erzinki (yəni indiki Ərzincan).

Birləşmiş Gürcüstan çarlığının bu sahələrdə daha da güclənməsini qeyd etmək üçün isə heç bir şey yoxdur. Bəs erməni məlumatlarından bu məsələ ilə bağlı nə əldə etmək olar?

Konstantin Boqryanarodun əsərləri: “Mövzular haqqında” (De thematibus) və “insanlar haqqında” (De administrando imperio). Q. Laskinin müqəddiməsi ilə.

Bir ənənə olaraq Moisey Xorenskinin eramızın V əsrinə aid olduğunu düşündüyü məşhur “Erməni coğrafiyası” olaraq bilinən mənbəsi. Tədqiqatçılar buna baxmayaraq, bəzilərini 7-ci əsrdə, digərlərini isə 9-cu əsrdə qeyd edirlər. Bu abidə milli tendensiya ilə nüfuz edir və buna görə də bəzən həqiqətə qarşı da günah işləməklə Gürcüstanı belə təsvir edir: “Kolxida, yəni Eqer (gürcü dilində Eqrisi – Pont dənizinin şərqində, Sarmatiyanın yaxınlığında yerləşir, İberiya və Böyük Ermənistan ilə həmsərhəddir. Eqer dörd vilayətə bölünür: Manrili, Eqrevika, Laziv, Çanet yəni Xald”. Beləliklə də, “Coğrafiya”, Kolxidaya nəinki müasir Qərbi Gürcüstanı (Minqreli, Quriya, Acarıstan və s.), eləcə də bütün Lazistanı, eyni xaldları, yəni Trapezuntun cənub və qərb vilayətlərini də əhatə edir. Kolxidanın həmin təsvirində qeyd olunur ki, Çoroxun Kolxida çayı var, amma onun kökləri Ermənistanda yerləşir. Şərqi Gürcüstandan isə “Coğrafiya” bu cür bəhs edir: Gürcüstan, Eqerdən şərqə, Qafqazdakı Sarmatiya ilə bir-birinə bağlı olmaqla Kür çayı boyunca Alban sərhədlərinə qədər uzanır.

Gürcüstan vilayətləri aşağıdakılardır: Klarci, Ərdahan, Şavşeti, Cavaxi, Samtsxe, Adçara... Manqlis dərəsi, Kveş dərəsi , Bolnisi dərəsi, Treli, Kanqar, Taşir və s. Bu halda “Coğrafiya” tendensiyası özünü bir daha onda göstərir ki, sonradan bu vilayətlərin bəziləri artıq olmayan “Ermənistan”ın tərkibində qeyd olunur, lakin hər dəfə belə bir sahənin “gürcülərə sahib olması” kimi vurğulanır. VII-VIII əsrlərdən tamamilə aydındır (və başqa bir şərh ola da bilməz). Gürcüstanın bu əyalətlərinin mənsubiyyəti onun hüdudlarından kənarda da hamıya məlum idi. Eyni həqiqət, mövcud tarixi şəraitdə bir etnik əlamətə də sahib idi. “Coğrafiya”nın mətni bir neçə nəşrdə təqdim edilmişdi.

Əslində Strabonun “Coğrafiyası”nın bir fraqmentini xatırlamaq yerinə düşər. İberiya əhalisinin bir hissəsi haqqında danışarkən qədim müəllif qeyd edir: “... Dağlıq bir ölkə, əksinə, qonşuları və qohumları olan iskit və sarmatların adətlərinə uyğun yaşayan adi insanların və döyüşçülərin tərəfindən işğal olunur. Bununla belə onlar əkinçiliklə də məşğul olurlar. Hər hansı bir həyəcanlı vəziyyətin yarandığı halda, onlar həm öz mühitindən, həm də skif və sarmatlardan ibarət olan on minlərlə döyüşçünü döyüşə çıxarırlar . Bu fraqmentdən də aydın olur ki, İberiyanın dağlıq hissələrində skiflərlə və sarmatlarla qohum olan xalq yaşamışdır. Yəni onlar iberlərlə yox, skif-sarmatlarla qohum olmuşlar. Burada həmçinin, gürcü tarixçisi D. Bakradzenin skiflərin və buntürklərin qohumluğu haqqında olan fikirlərini də qeyd etmək lazımdır.

Göründüyü kimi, tarixi faktlar üst-üstə düşür. Antik mənbələrdə adları çəkilən insanlar orta əsr gürcü mənbələrində adları çəkilən buntürklər olmuşlar. Strabonun digər məlumatları bu tayfaların təhlükəli vəziyyətlərdə bir-birinə kömək etməsini, albanlarla eyni səbəbə görə olan əlaqəsini təsdiq edir. Antik yazıçı bildirir ki, “köçərilər iberiyalılar kimi albanlara da yadellilərlə müharibədə eyni səbəblərdən kömək etmişlər” M. Xəlilovun sözlərinə görə, Strabon “qohumluq və qonşuluq”dan başqa bir səbəb görməmişdi, belə ki, köçərilər məhz bu səbəbdən bir-birlərinə kömək edirdilər.

Vahid Ömərov, f.ü.f.d. dos.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...