"Qaydalara düzgün əməl etmək günümüzün ən vacib tələbi olmalıdır" RƏY-ÖZƏL

“Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təssüf hissi doğurur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır: “ Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar”.

Deputatın fikrincə, ictimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır: “Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Koronavirus yenidən özünübüruzə verən pandemiyadır. Əgər mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...