"Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik" MƏKTUB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə həmin məktubların bir qismini təqdim edir.

Möhtərəm cənab Prezident. Koronavirus pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində görülən mühüm işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Qısa müddət ərzində yeni xəstəxanaların tikilməsi, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin xalqa olan qayğınızdan irəli gəlir. Xalq da Sizi sevir. Allah xalqımızı bu xəstəlikdən qorusun, Sizə cansağlığı və uzun ömür versin.

Hörmətlə, Musayev Cabbar, Hüseynova Vüsalə, Qasımova Səmərqənd. Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.

Möhtərəm cənab Prezident. Uzaqgörən, müdrik siyasətiniz sayəsində Azərbaycan dünyanı bürümüş koronavirusdan ən az itki verən ölkələrdən biridir. Böyükdən kiçiyə bütün əhalini qorumaq üçün düşünülmüş qərarlar verdiniz. Elə bu səbəbdən koronavirus pandemiyasının ən az təsir etdiyi ölkələr arasında birincilərdənik. Qəbul etdiyiniz qərarlara, qısa müddətdə pandemiyanı nəzarət altına aldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə cansağlığı diləyirik.

Hörmətlə, Ağayev Qaraxan, Qənbərzadə Lətifə, Mirzəyev Xeybər, Nəzərov Əşrəf, Mirzəyev Azər. Azərbaycan Respublikası, Masallı rayonu.

Möhtərəm cənab Prezident. Xalqımızın Sizə olan sevgisi tükənməzdir. Siz də bu çətin günlərdə xalqımıza qayğı göstərərək sevginizi nümayiş etdirdiniz. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Hər zaman xalqın yanında olduğunuza görə Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə, Əliyeva Elnarə, Ağayev Firdovsi. Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...