Gigienik qaydalara əməl etməyən ölkələrdə virusa yoluxma halı daha yüksəkdir - ARAŞDIRMA

Tualetdən sonra əl yuma mədəniyyəti az olan ölkələrdə yeni növ koronavirusun (Covid-19) daha yüksək olduğu məlum olub. İngiltərədə aparılan araşdırmaya görə, tualetdən sonra əlləri sabunla yumaqla Covid-19 virusuna yoluxma sayı arasında güclü bir əlaqə aşkarlanıb. SİA-nın araşdırmalarına görə, əl yuma mədəniyyəti az olan ölkələrdəki inxanlar koronavirusa daha çox yoluxurlar.

Birminqem Universitetinin tədqiqatçıları bir çox fərqli amillərin virusun yayılmasına təsir etdiyini bildiriblər, lakin əl yuma mədəniyyəti Covid-19-un yayılma səviyyəsinin yaxşı bir ön proqnozudur.

Səhiyyə rəsmiləri bildirirlər ki, Covid-19-dan qorunmaq üçün əlləri sabunla ən azı 20 saniyə yumaq çox vacibdir. Əl yumaq virusun yayılmasını qarşısını almaq üçün görülən tədbirlərdən birincisidir. Covid-19 əl yuma səviyyəsinin aşağı olduğu ölkələrdə daha yüksək ola bilərmi? İngiltərədəki Birminqem Universitetinin alimlərinin fikrincə, bu sualın cavabı "bəli"dir.

Birminqem Universiteti Davranış İqtisadiyyatı və Məlumat Elmləri professori Ganna Pogrebna və Aston Universitetindən Dr. Alexander A.Kharlamovun əsəri "Gallup İnternationalın 2015" araşdırmasına əsaslanır. Bu araşdırma 63 ölkədə tualetdən sonra əllərini sabunla yuyanların nisbətini göstərir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...