Paytaxtın bir neçə küçə və prospektində təmir işləri aparılıb

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakının bir neçə küçə və prospektində (Ziya Bünyadov prospekti, Mikayıl Müşfiq küçəsi) orta təmir işləri aparılıb. Agentlikdən SİA-ya bildirilib ki, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gələn ərazilərdə görülüb. Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 10 min kvadratmetrdən çox sahəni əhatə edib.Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Analoji işlər tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...