Asim Mollazadə: “Sudanda keçirilən referendumla bağlı ermənilərin istəkləri yalnışdır” - ÖZƏL

"Sudanda keçirilən referendumla bağlı ermənilərin istəkləri yalnışdır". Bu sözləri SİA-ya millət vəkili Asim Mollazadə açıqlamasında deyib. Sudanda keçirilən referendumun ortaq razılıq əsasında həyata keçirildiyini deyən millət vəkili Sudanın şimal hissəsi ilə cənub hissəsi arasında vətəndaş müharibəsinin saxlanması ilə əlaqədar sazişin 2005-ci ildə imzalandığını dilə gətirib.

"Sazişin əsas bəndlərindən biri məhz referendum keçirmək idi. Ölkənin şimal hissəsi nəinki referendum keçirilməsini, hətta sivil, referendum yolu ilə ayrılmağı və yeni dövlət qurmağı da qəbul edib. Beynəlxalq hüquq normaları tələb edir ki, istənilən məqamda hansısa ölkənin sərhədləri dəyişdirilərsə, ölkələrin sərhədləri ümumi razılıq əsasında dəyişməlidir. Məsələn Çexiya və Slovakiyadakı kimi. Vaxtilə Çernoqoriyada Serbiyadan ayrılıb, yeni bir dövlət qurub. Lakin məsələ Serbiyanın razılığı ilə sivil qaydada həyata keçirilib, zor istifadə etməklə, qonşu dövlətin ərazisini işğal etməklə deyil. Bizim məsələdə ən əsas pozuntu ondan ibarətdir ki, Ermənistan silah, zor gücü ilə Azərbaycanın nəinki Dağlıq Qarabağ hissəsini, Qarabağın bütün hissəsini və qonşu rayonlarını işğal edib. Ona görə də problemin həllini hansısa beynəlxalq hüquq normalarının əsaslandırmaq heç bir qanuna uyğun deyil".

Ermənistanın təcavüzü nəticəsində ölkəmizin bilavasitə qurbana çevrildiyini dilə gətirən millət vəkili söyləyib ki, artıq beynəlxalq ictimaiyyət, dünya təcavüzkarı sülhə məcbur etmək barədə düşünməlidir.

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra referendumun keçirilməsinin mümkünlüyünə gəlincə, A.Mollazadə bildirib ki, Azərbaycan Sudanda keçirilən refendumu alqışlayır. Onun sözlərinə görə, ölkəmiz sivil qaydada aparılan prosseslərə optimal baxır.

Bütün xəbərlər Facebook səhifəmizdə