İş axtaranların nəzərinə! ELAN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 3 dövlət orqanında 12 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanının yerli təşkilatlarında, ikisi isə məhkəmə orqanlarının aparatındadır.

Qeyd olunan müsabiqə üzrə qeydiyyat iyulun 14-də başa çatıb.

Müsabiqədə iştirak etmək üçün komissiyada qeydə alınmış 824 nəfərin 78,88%-ni gənclər təşkil edib. Ən çox namizədin qeydə alındığı dövlət orqanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (754 namizəd) olub.

Müsabiqənin test imtahanı mərhələsi iyulun 21-dən etibarən başlayacaq. Test imtahanı qrafiki komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

Komissiya tərəfindən 1, 23, 30 aprel və 20 may tarixlərdə elan olunmuş müsabiqələrin hazırda müsahibə mərhələsi davam edir. Müsahibələrdə iştirak etmək üçün indiyə kimi komissiyada qeydə alınmış 391 namizəddən 148-i bu mərhələdən də uğurla keçərək vakant dövlət qulluğu vəzifələrinə uyğun biliniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə