Draytulinq üzrə Azərbaycan çempionatı uğurla başa çatıb

14-15 dekabr 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) "ClimBaku" İdman Dırmanma Mərkəzində Azərbaycanda ilk dəfə keçirdiyi draytulinq üzrə respublika çempionatı uğurla başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.

Draytulinq yarışının final mərhələsinin sonunda qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) pul mükafatı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunublar.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionata FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox klubunun (Bakıdan- "FHN Ekstremal" "Ekosport", "Kyaniti", "İrəli Ekstrim" "AMEAST" (ATİ), "Qaya Qartallari" (İqtisad Universiteti), "Qərb Universiteti", "Climber", "Gənclik" (İdman Akademiyası), "Macəra", "Murov", "Extralife", "Marxal", "Simurq", "Bakı Avia", "Rock Stone", Şəkidən - "Şəki AMA.", "Nuxa", Qusardan - "Salavat", "Zirvə", İsmayıllıdan- "Qafqaz", "Şahdağ MP", "Babadağ", Qaxdan- "Ekstremal", Gəncədən- "Gəncə Ekstremal", "Kəpəz", Yardımlıdan - "Kəmər Qaya", Zaqataladan - "Mountain Bee" və s.)160-dan çox idmançısı qoşulub.

Çempionatın qalibləri:

Oğlanlar arasında

1 yer - Alim Atluxanov (Salavat)

2 yer- Yamil Siraclı (Şəki AMA)

3 yer- Zöhrab Şahbalayev (İrəli Ekstrim)

Qızlar arasında

1 yer- Reyhan Məmmədova (Ekosport)

2 yer- Sima Səfərova (Qərb Universiteti)

3 yer- Azadə Musabəyli (AMEAST)

Klublar arasında

1 yer – "Şəki AMA" (Şəki)

2 yer- "Qərb universiteti" (Bakı)

3 yer- "ATİ AMEAST" (Bakı)

3 yer- "FHN Ekstremal" (Bakı)

Bütün xəbərlər Facebook səhifəmizdə