Nazirlik bankomatdan külli miqdarda pul oğurluğu barədə rəsmi məlumat yayıb

Nazirlik bankomatdan külli miqdarda pul oğurluğu barədə rəsmi məlumat yayıb
Daxili İşlər Nazirliyi bankomatdan 18100 dollar və 54075 manat pul oğurlanması faktına dair məlumat yayıb.SİA-nın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da \"Dəmirbank\"a məxsus bankomatdan 18100 dollar və 54075 manat pulu oğurlamış Bakı şəhər sakini Məmməd Məmmədov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə