Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının VIII konfransı keçirilib - FOTO

Bu gün Hacıqabulda Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın Aran bürosundan verilən xəbərə görə, Hacıqabul YAP-çıları ilk öncə partiyanın yaradıcısı və memarı olmuş ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfrans rayon Mədəniyyət Evində işini davam etdirib. YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov 5 ildə gördükləri işlər barəsində məlumat verərək bildirib ki, ötən dövr ərzində sıralarına 1350 nəfər qəbul olunub. Hazırda YAP Hacıqabul rayon təşkilatının 3670 nəfər üzvü var. Partiya üzvlərindən 1100 nəfəri gənclər, 1550 nəfəri qadınlardır.

VIII konfransa 325 nəfər nümayəndə seçilib. Konfransda 35 nəfərdən ibarət şura üzvü seçilib. Seçilən şura üzvləri 15 nəfərdən ibarət idarə heyətini, sədri və müavinləri seçib. Eyni zamanda nəzarət təftiş komissiyasının da heyəti yenidən seçilib. Hafiz Bəşirov yenidən YAP Hacıqabul rayon təşkilatına sədr seçilib.

Konfransda Milli Məclisin deputatı Hadı Rəcəbli, YAP-ın mərkəzi aparatının məsul işçisi Ramil Mirzəyev, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov iştirak edib.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə