"Bakıda yaşıl sahələrin azalmasına tikinti bumu, su çatışmazlığı və qanunsuz ağac kəsintiləri səbəb olur ki, bu da ekoloji problemləri daha da artırır. Bakının baş planı adambaşına 8 m2 yaşıl sahəyə nail olmağı hədəfləyir və qanunsuz ağac kəsintilərindən dəyən ziyan on minlərlə manat təşkil edir. Yaşıllaşdırma səylərinə baxmayaraq, su çatışmazlığı, yağıntının az olması (150-200 mm-dən az yağıntı) yeni əkilən ağacların böyüməsinə mane olur".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, yaşıllıqların azalmasına səbəb olan əsas amillər bu qanunsuz ağac kəsimi: Paytaxtın müxtəlif rayonlarında qanunsuz ağac kəsimi müntəzəm olaraq qeydə alınır və bu da ətraf mühitə ciddi ziyan vurur: "Bundan başqa tikinti bumudur ki, şəhərin sürətli genişlənməsi çox vaxt yaşıl sahələrin hesabına baş verir. Suvarma problemlərinin də xüsusi yeri var. Xüsusilə Abşeron yarımadasında su çatışmazlığı yeni fidanların inkişafına, sağ qalmasına mane olur.
Qaydasız tikililər nəticəsində şəhərləri betonlaşdırmaq, həqiqətən də, ekoloji fəlakətə səbəb ola bilər, çünki betonun geniş istifadəsi təbiətin öxünü bərpa olması sahəsində baş verən təbii dövrlərini pozur. Torpağın suyu udma qabiliyyətinin olmaması səbəbindən daşqın riskini artırır və yaşıl sahələri məhv edir. Beton istehsalı və istifadəsi havanı və suyu çirkləndirir və istixana qazı tullantılarına səbəb olur. Beton səthlər çox qızır, şəhər temperaturu şəhərətrafı ərazilərlə müqayisədə 5°C və ya daha çox yüksəlir ki, bu da enerji istehlakını və kondisionerlərin yükünü artırır. Torpağın beton və asfaltla örtülməsi su dövranını pozur, suyun torpağa hopmasının qarşısını alır və nəticədə səth axıntılarına və fəlakətli daşqınlara səbəb olur. Tikinti işləri bitki və heyvanlar üçün təbii yaşayış yerlərinin yox olmasına, eləcə də havanın təmizlənməsindən məsul olan yaşıl sahələrin məhv olmasına gətirib çıxarır. Beton istehsalı sement tozu, tüstü əmələ gətirir və kimyəvi maddələrlə çirklənə bilən çox miqdarda su istifadə edir. Tikinti fəaliyyəti iqlim dəyişikliyinə səbəb olan CO2 və digər qazların tullantılarının artmasına səbəb olur. Bu risklərin azaldılması, davamlı tikintiyə keçid, ekoloji cəhətdən təmiz materialların istifadə və yaşıl sahələrin genişləndirilməsini tələb olunur.
Ümumiyyətlə şəhər ərazilərində təbii ekoloji tarazlıq pozulub. Şəhər ərazilərinin inkişafı və fəaliyyəti ümumiyyətlə təbiət qanunları ilə deyil, insan ehtiyacları ilə müəyyən edilir. Bu cür strukturlar bir çox nəsillərin dağıdıcı və yaradıcı fəaliyyətinin nəticəsidir. Təbiət bu dəyişikliklərə müxtəlif yollarla reaksiya verir. Şəhərlərdə tullantıların toplanması təbiətə yad olan müəyyən bir qanunauyğunluqla xarakterizə olunur. Atmosfer tullantılarla çirklənir və torpaq zərərli maddələr toplayır. Urbanizasiyanın digər mənfi nəticələri də yaranır ki, təbiət özünü bərpa etmək qabiliyyətini itirdiyi üçün onların öhdəsindən gələ bilmir.
Şəhər infrastrukturunun zəif idarə olunması, insanların bir çox sıx məskunlaşmış ərazilərdəki yaşıl sahələrin, davamlı şəkildə azalmasına səbəb olub. Ətraf mühitdə bizim rifahımızı qorumaq üçün mövcud olan yaşıl zonalar, yaşıl sahələrin, meşələrin, parkların, bağların, meydanlarda olan yaşıllıqlar, bulvarlar, şəhərətrafı meşələr və qoruyucu sanitariya-gigiyena və istirahət funksiyalarını yerinə yetirən digər yaşıl sahələri, o cümlədən istirahət zonaları ictimaiətin istifadəsi üçün salınan ərazilərdir.
Yaşıl zonaların hüquqi statusu onların insanlar üçün olan faydası ilə təyin olunur. Ilk nıvbədə bu Yaşıl məkanların insanların fiziki sağlamlığı üçün olan faydalarıdır. Yaşıl məkanların şox olması şəhər mühitində havanın keyfiyyətinə yaxşı təsir edir. Daha yaxşı ekoloji sağlam mühit yaradır. Daha yaşıl ekoloji yaşayış mühitin olması insanların sağlamlığına da yaxşı təsir göstərir belə ki, əsasən stressin azalmasına səbəb olur. Bir sıra xəstəlikləri olan əhainin sayının daha da azalmasına da ciddi təsir edir. Yaşıl məkanlara getmək, onlardan istifadə və onların insan sağlamlığına təsiri onların insanlar tərəfindən qavranılması ilə bir sıra zehni və fiziki sağlamlıq nəticələri arasındakı əlaqəyə dair kifayət qədər geniş və inandırıcı dəlil bazası da mövcuddur. Bunlara psixoloji stressin, yorğunluğun, narahatlığın və depressiyanın azalması, subyektiv rifahın yaxşılaşdırılması və fiziki sağlamlığın bir sıra yaxşılaşmaları da daxildir. Yaşıl məkanların zehni sağlamlıq üçün də faydaları böyükdür. Nəticələr göstərir ki, təbiətlə daha çox ünsiyyətdə olmaq həm uşaqların və həm də böyüklərin həyat keyfiyyətini yaxşılaşdırır.
Ümumiyyətlə, daha yaşıl mühitdə yaşayan uşaqlar və yeniyetmələr daha yaxşı zehni rifah nümayiş etdirirlər. Şəhər mühitində təbiətdə vaxt keçirmək insanlarda müsbət emosiyaların yaranmasına səbəb olur. Daha yaşıl mühit depressiya, narahatlıq və yorğunluq səviyyələrini də azaldır. Tədqiqatlar göstərir ki, yaşayış evlərinin ətrafında yaşıl sahənin artırılması ölüm hallarının da azalmasına səbəb olur. Həkimlərin sözlərinə görə, təbiətlə daha tez-tez təmasda olanlarda, sağlamlıq göstəriciləri daha yüksək olur.
Yaşayış evləri ətrafında daha çox yaşıl sahənin olması daha yaxşı doğuş səviyyəsi ilə əlaqələndirilir və belə mühitdə doğulan uşaqların da idrak inkişafı ilə də müsbət əlaqəlidir. Hazırda məlumatlara görə şəhərlərdə yaşayan iki milyarddan çox insan 2040-cı ilə qədər əlavə olaraq ən azı 0,5 dərəcə Selsi temperatur artımına məruz qala bilər. Bununla yanaşı, iqlim tədbirləri hələ də şəhərlərin üzləşdiyi çətinliklərin miqyasına və intensivliyinə uyğun gəlmir.
BMT-nin dərc etdiyi "Dünya Yaşayış Şəhərləri 2024" hesabatına görə, dünya üzrə şəhər ərazilərində yaşıl sahələrin orta payı 1990-cı ildəki 19,5 faizdən bu gün 13,9 faizə düşüb".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB