Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və UNICEF-in tövsiyələrinə əsasən, körpələr ilk 6 ay yalnız ana südü (və ya zəruri hallarda uyğun süni qida) ilə qidalanmalıdır. Altı aydan sonra isə körpənin artan enerji və qida maddələrinə olan ehtiyacı təkcə süd ilə ödənmir. Bu mərhələdə əlavə qidalanma başlanır, lakin ana südü ən azı 2 yaşına qədər davam etdirilməlidir.
Əlavə qidaya keçid körpənin fiziki və zehni inkişafı üçün kritik mərhələ hesab olunur və düzgün aparılmadıqda sağlamlıq riskləri yarada bilər.
6 ayından sonra körpəyə nələr verilə bilər?
SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk mərhələdə (6–7 ay)
Bu dövrdə qidalar püre və yarım-maye formada olmalıdır.
Tövsiyə olunanlar:
Tərəvəz püreləri:
-balqabaq
-kartof
-yerkökü
-gül kələmi
Meyvə püreleri (az miqdarda):
-alma
-armud
Taxıllar:
-düyü sıyığı
-qarabaşaq
-qarğıdalı unu (qlütensiz)
Şəkər, duz, yağ və ədviyyə əlavə olunmamalıdır.

7–8 ay
Qidaların teksturası tədricən qalınlaşdırılır.
Əlavə oluna bilər:
-Ət püreleri (dəmir mənbəyi kimi vacibdir):
-mal əti
-toyuq
-hind quşu
-Yumurta sarısı (həftədə 1–2 dəfə, az miqdarda)
-Bitki yağları (bir neçə damcı)
9–12 ay
Bu mərhələdə körpə artıq çeynəməyə başlayır.
Verilə bilər:
-Xırda doğranmış və ya əzilmiş ev yeməkləri
-Paxlalılar (mərcimək, noxud – yaxşı bişmiş halda)
Süd məhsulları:
-qatıq
-kefir (şəkərsiz)
Dünyada və Azərbaycanda tövsiyələr
Dünya təcrübəsi
ÜST və Avropa Pediatriya Cəmiyyəti əlavə qidanın dəqiq 6 ayda başlanmasını tövsiyə edir. Bir çox ölkələrdə BLW (Baby-Led Weaning) – körpənin özü yeməyi tutaraq yeməsi üsulu da tətbiq edilir, lakin bu metod mütləq pediatr nəzarəti altında tövsiyə olunur.
Azərbaycanda
Azərbaycanda Səhiyyə Nazirliyi və pediatrlar ÜST tövsiyələrini əsas götürür. Praktikada bəzi valideynlər 4–5 ayda əlavə qidaya başlayır ki, bu da erkən qidalanma riski yaradır. Milli mətbəxdən qaynaqlanan bəzi qidalar (şorba suları, düyü sıyığı) uyğunlaşdırılaraq verilsə də, duzsuz və ədviyyəsiz olmalıdır.
Təhlükələr və risklər
Erkən başlama (6 aydan əvvəl):
-Həzm sisteminin tam formalaşmaması
-Allergik reaksiyalar
-İshal və qəbizlik
-Dəmir çatışmazlığı riski
Yanlış qidalar:
-Bal (1 yaşdan əvvəl – botulizm riski)
-Şəkərli qidalar
-Duzlu yeməklər
-Qızardılmış və konservləşdirilmiş məhsullar
Gigiyena riskləri:
-Yaxşı yuyulmamış məhsullar
-Steril olmayan qab-qacaq
-Uzun müddət saxlanılan ev püreləri
Əlavə qidaya keçid körpənin sağlam inkişafının əsas mərhələlərindən biridir. Bu proses tələsmədən, mərhələli və fərdi yanaşma ilə aparılmalıdır. Ən əsası, ana südü əsas qida olaraq qalmalı, əlavə qidalar isə onu tamamlamalıdır. Hər yeni qida pediatrın tövsiyəsi və körpənin reaksiyası nəzərə alınaraq verilməlidir.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB