20-30 il sonra Azərbaycanda ekoloji vəziyyət necə olacaq? - AYDINLIQ GƏTİRİLDİ

"2045-2055 –ci illər Azərbaycan üçün həm iqtisadi ,həm də ekoloji baxımdan dönüş nöqtəsi ola bilər. İqlim dəyişikliyi ,əhali artımı,su ehtiyatlarının azalması və Xəzər dənizinin səviyyəsinin azalması ölkənin davamlı inkişafını birbaşa təsirləndirəcək". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, bu strategiyanın məqsədi yaxın 20-30 ildə gözlənilən riskləri müəyyənləşdirmək və onları idarə etmək üçün ən optimal addımları müəyyən etməkdir: "Eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan Respublikasında önəmli işlər aparılır. Bu işdə elmi ictimaiyyətin,tədqiatçıların yerli QHT-lərin də əməyi böyükdür. BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sesiyasının məhz Azərbaycanda keçirilməsi (COP- 29)bunun bariz nümunəsidir. Azərbaycan məhz bu istiqamətdə görülən işləri uğurla davam etdirərək BMT-nin “Dünyamızın transformasiyası:2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində gündəlik” təşəbbüsünə qoşulmus,dayanıqli inkişafa nail olmaq öhdəliyini bəyan edərək bu öhdəliyin icrasına əməli addımlar atmışdır. Məhz bu gündəlikdə qeyd edilən təmiz və sağlam ətraf mühitin təmin edilməsi fəaliyyətin əsas və mühim faktorudur.

Təsadüfi deyil ki,”Azərbaycan 2030- sosial-iqtisadi inkişafa dair Milli Priotetlər”sənədində təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Eyni zamanda Azərbaycan artıq Yaşıl enerjiə sart vermişdir. Belə ki ,Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib.

Amma təssüflə deyə bilərik ki,bəzi ekoloji poblerimiz var.Azərbaycan su baxımında kasıb ölkədir,çayların 70% i xaricdən gəlir. Bəzi bölgələrdə su çatışmazlığı artık kritikdir. Aran zonasında şoranlaşma genişlənir,suyun düzgün idarə olunmaması torpaq məhsuldarlığını aşağı salır,quraqlıq meşə yanğınlarının riskini artırır. Son illər Xəzər dənizinin səviyyəsi də getdikcə azalır. Lakin bu istiqamətdə işlərə start verilib. Aqrar sahədə suya qənaət texnalogiyalarının artması,meşə bərpası layihələri,Qarabağ və Şərgi Zəngəzurda “yaşıl zona”prinsipi həyata keçirilir. Xəzərin çirklənməsinə qarşı reqional komissiyalar aktivləşdirilib. Problem çoxdur, amma dövlət,QHT-lər və özəl sektorun ekologiyaya ayırdığı vəsait son ildə xeyli artıb.

Bunu da qeyd etməliyik ki,Azərbaycan çox güclü ekoloji proqramlar həyata keçirərsə o zaman iqlim siyasəti və ekoloji idarəetmə ciddi şəkildə güclənər,orta illik temperatur, bioloji itkilər, su çatışmazlığı nisbətən azalar,meşələrin azalmasının qarşısı alınar. Nəticə etibarı ilə ətraf mühitin mühafizəsi həm bu günü, həm də gələcəyi formalaşdıran əsas məsələdir. Təbiətin tarazlığını qorumaq, təbii sərvətlərdən şüurlu şəkildə istifadə etmək və davamlı həyat tərzini mənimsəmək təkcə bəşəriyyət üçün deyil, bütün canlılar üçün həyati əhəmiyyət kəsb edir. Hər bir fərdin ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliyi sağlam və yaşana bilən planetə doğru atılan ən dəyərli addımdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə