Qadınlar hansı kişilərdən uzaq dururlar? - PSİXOLOQ AÇIQLADI

"Təbiidir ki, qadından-qadına çox fərq var. Bəzən demək olar ki, 80 faiz qadınlar daha çox onlara sahiblənən bəyləri sevirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, hətta kriminal şəxsiyyət tipi olan kişiləridə qadınlar çox vaxt bəyənir və onlara üstünlük verirlər: "Çünki o kişilərin qadına qarşı sayğısı, qadına qarşı qoruma mövqeyi, qadını daha uca tutması, qadını daha diqqətdə saxlaması qadınların xoşuna gəlir. Qadınlar seviləndə, qadınlar qısqanılanda düşünürlər ki, biz sevilirik. Bir balaca diqqət əskikliyi olduğu zamanda qadınlar pis olmağa başlayır və kompleksə düşürlər. Bir kişi bir qadını uzun müddət sevə bilər. Amma qadının sevgisi bəyə qarşı başlayanda həmin sevgi o qədər ikiqat güclü olur ki, qadın düşünməyə başlayır ki, onu sevən bəyin ona diqqəti azalmağa başlayıb. Həmin zaman qadınlarda psixoloji deyintilər, psixoloji zorakılıq başlayır. Bu zaman qadın gedir-gəlir başlayır ki, sən məni əvvəlki kimi sevmirsən, diqqət etmirsən, bu zamanda kişiyə qarşı psixoloji zorakılıq etməyə başlayır. Amma əksinə qadınlar bunları dedikcə əksinə o sevgini azaldır. Çünki kişilər deyingən qadınları sevmədiyindən, qadından qaçdığından, qadınlar isə bir balaca öz sevgiləri daha çoxaldıqca, o sevgini azalmış hiss etdiklərinə görə bu cür problemlər yaranmağa başlayır. Qadınlarımızın qədrini bilməliyik. Çünki qadınlarımıza biraz sevgi verəriksə, o sevginin bizə üçqatı geri qayıdır. Qadınlara qarşı hər hansısa bir münasibətimizdə, sevgimizdə, hörmətimizdə öz sevgimizi mütləq hiss etdirməliyik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə