Qışın soyuğundan, şaxtalı havalardan sonra bizi baharın isti, ilıq nəfəsi qarşılayır. Bütün canlılar, təbiət fəsillərin ən gözəli hesab olunan baharın tez gəlməsini səbirsizliklə gözləyirlər. Artıq baharın necə deyərlər, novruzun ilk çərşənbəsi - Su çərşənbəsi bizi qarşılayır. İlk müjdə özü ilə baharın qoxusunu, ab-havasını da gətirib. İnanclara görə baharın ilk çərşənbəsində su mənbələri təzələnir və dağ başındakı qarlar əriməyə başlayır. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Odur ki, ilk olaraq su çərşənbəsi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Xalq arasında ona "əvvəl çərşənbə", "gözəl çərşənbə", "sular Novruzu", "gül çərşənbə" də deyilir.
Əlbəttə ki, Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, türk dövlətlərində və bir çox qonşu ölkələrdə olduğu kimi, Novruz Bahar bayramı kimi qeyd olunur. Bayrama qədər xalqımız 4 çərşənbəni qeyd edir. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində "Ab, atəş, xak, badan yarandım", - deyiblər, yəni insan su, od, torpaq və yelə bağlıdır. Qeyd etdiyimiz kimi, birinci çərşənbəmiz Su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar. İkincisi çərşənbəmiz Od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir. Üçüncüsü Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncüsü Torpaq çərşənbəsidir ki, bu da sonuncu çərşənbədir. Göründüyü kimi, birinci çərşənbədən başlayaraq, torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və Keçəl isə Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı tərənnüm edir.
Bu gün artıq Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsi qeyd olunur. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
SUYA TAPINMA İNAMI
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su ilə bağlı folklorumuzda maraqlı olan inanclarla rastlaşırıq. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Süfrəyə su dağılması aydınlıqdır, Su içən adamı qəfil vurmazlar, Su içən adamı ilan çalmaz, Lal axan sudan keçərkən suyum irəlilə, deyərlər, Su olan yerdə dirilik olar, Su murdarlıq götürməz və s. Əlbəttə ki, bu inaclar suyun təmizliyinə, saflığına olan inamdan irəli gəlir. Qoy su çərşənbəsi bütün dünyamıza sülh, əmin-amanlıq gətirsin. Bütün insanların həyatı su kimi şəffaf, parlaq və aydın olsun! Su çərşənbəniz mübarək!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İlham Əliyev Türkiyəyə səfərə gedib
Siyasət 22:03Avtomobillər bir anda bir neçə fantaziya aləmində peyda oldu...
Texnologiya 21:52Texnologiyaya hisslər vasitəsilə daxil olmaq...
Sosial 21:27Kişilərə istiykən qadınlar niyə üşüyürlər?
Səhiyyə 21:05Əllərinizi arxada gəzdirmək vərdişi nə deməkdir?
Maraqlı 20:51Pekin Kremli Orta Asiyadan sıxışdırır...
İqtisadiyyat 20:28Ukrayna gələcək müharibəsi üçün süni intellekt yaradır...
Texnologiya 19:52“Heç bir həkim irəli çıxmadı...”
Dünya 18:51Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir...
İqtisadiyyat 18:28COVID-19 pandemiyası yeniyetmələri qocaldıb
Səhiyyə 17:09"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
İqtisadiyyat 16:31Gürcüstan 91 əcnəbini deportasiya edib
Dünya 16:27SEPAH-ın yeni raket şəhəri təqdim olunub
Dünya 15:58Əbu-Dabi danışıqları: İlk açıqlamalar ...
Dünya 15:08Qubada 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə 14:55Dekabrda neçə gün evdə qalacağıq?
Sosial 14:19Sabah Bakıya və rayonlara yağış yağacaq - HAVA
Sosial 13:16"Azsığorta"nın xalis mənfəəti 63 %-dən çox azalıb
İqtisadiyyat 11:58SOCAR-ın Türkiyəyə investisiyaları 20 milyard dollara çatacaq
İqtisadiyyat 11:43Şəkiyə 33 sm qar yağıb - HAVA
Sosial 11:41COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub
İqtisadiyyat 11:27Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
İqtisadiyyat 11:15Gürcüstandan 91 əcnəbi deportasiya edilib
Siyasət 11:06"Atəşgah Sığorta"nın xalis mənfəəti 1 %-ə yaxın azalıb
İqtisadiyyat 10:43İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
İqtisadiyyat 10:34Naxçıvanda Atatürkün xatirəsi anılıb
Siyasət 10:01"Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilir
İqtisadiyyat 09:54Olimpiya çempionu prezident olmaq istəyir
Siyasət 09:44Qubada avtomobil aşıb, ölən və yaralılar var
Hadisə 09:39Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur
İqtisadiyyat 09:28Parisdə “Zəfər rəqsi” filmi nümayiş olunub
Siyasət 09:18"Eşref Tek"-də yeni aktyor
Şou-Biznes 04:25Türkiyə ordusu İraqdan çıxır
Dünya 04:06Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib
Sosial 03:05Trampın elçiləri Putinlə görüşə gedir? - İDDİA
Dünya 02:25Paşinyan Parisə gedib
Siyasət 00:23"Bu dəhşətli müharibəyə son qoymaq..." - Trampın kürəkənindən Ukrayna bəyanatı
Dünya 9 Noyabr 23:22Ermənistanda ukraynalını döyən iki Rusiya əsgəri saxlanılıb
Dünya 9 Noyabr 23:032026-cı ilin rəmzi komandası AÇIQLANDI - siyahıda kimlər var?
İdman 9 Noyabr 22:31"Hər tərəfində sülh küləkləri əsir" - Ərdoğan Qarabağdan danışdı
Siyasət 9 Noyabr 22:19İzmirdə fabrikdə güclü yanğın olub - ölü sayı 16 nəfərə çatıb - YENİLƏNİB
Dünya 9 Noyabr 22:02Kia tennis əfsanəsini təəccübləndirdi...
Maraqlı 9 Noyabr 21:52Psixoloqlar həyatın əsas məna mənbəyini adlandırıblar...
Sosial 9 Noyabr 21:28“Putin hətta Respublikaçılar üçün də zəhərli hala gəlib...”
Dünya 9 Noyabr 21:06Z-iqtisadçı Rusiya radiosunda çaxnaşma yaratdı...
İqtisadiyyat 9 Noyabr 20:51Portnikov: Kremli danışıqlara necə məcbur etmək olar...
Dünya 9 Noyabr 20:27Gənclərlə mübarizə...
Dünya 9 Noyabr 20:05Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
Dünya 9 Noyabr 19:57“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”
Dünya 9 Noyabr 19:49Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
Siyasət 9 Noyabr 19:35“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”
Dünya 9 Noyabr 19:27”Şuşanın yeni siması Zəfərin quruculuq mərhələsini ifadə edir” -MİLLƏT VƏKİLİ
Siyasət 9 Noyabr 19:17Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
Dünya 9 Noyabr 19:12Gideon Levi: Niyə İsrailə öz “Əbdül Səidi” lazımdır..?
Dünya 9 Noyabr 19:05İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək
Dünya 9 Noyabr 18:56Özəl xəbərlər
Digər xəbərlər”Şuşanın yeni siması Zəfərin quruculuq mərhələsini ifadə edir” -MİLLƏT VƏKİLİ
Siyasət 9 Noyabr 19:17Adanada 4,6 bal gücündə zəlzələ baş verib
Dünya 9 Noyabr 17:01Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək
Dünya 9 Noyabr 16:27İran TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistandan zəmanət alıb
Dünya 9 Noyabr 16:15
Redaktorun seçimi
Köşə yazıları
Qadın nə etməlidir ki, dəyərli olsun? - KÖŞƏ
30 Oktyabr 13:26
Tənbəllik, yoxsa psixoloji yorğunluq? - KÖŞƏ
22 Oktyabr 12:39
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9037
0,00%
-
GBP
2,2834
0,00%
-
RUB
2,0840
0,00%
Sizin reklam yeriniz



