"Narsizmin inkişafında yalnız anaların rolu yoxdur. Yəni bu birtərəfli yanaşmadır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytəkin Məmmədova deyib.
Psixoloq sözlərinə belə davam edib: "Narsizm insanın həddindən artıq özünü sevməsi, bəyənməsi kimi özünü göstərir və əsas əlamətləri narsizmdə bir başqasının dəyərsizləşdirmə, bəyənməmə, sui-istifadə etmə, aşağı görmədir. Həddindən artıq çox diqqət mərkəzində olmağı sevirlər, empatiya qura bilmirlər, bir başqasının risk və düşüncələrini qəbul edə bilmirlər.
Bəs, narsizm necə olur ki yetişir? Necə olur ki narsizm formalaşır? Daha doğrusu narsist bir şəxsiyyət formalaşır. Ümumiyyətlə narsizm öz sevgi olduğu üçün hər birimizdə var. Yəni, özünü sevmək narsizmin narsistlik xüsusiyyət deyil, amma narsizm adlandırılır. Sadəcə burada hansı şəraitdə narsizm patalogiyaya çevrilir. Bu barədə demək istəyirəm. Deməli narsizm ailə daxilində iki cür formalaşa bilər, ya uşağa həddindən artıq hər istədiyini etmək, diqqət, qayğı vermək, hər şeyi ən xırda detalına qədər uşağın gözü qarşısında qoymaq, onun hər şeyi ilə çox maraqlanıb həssas yanaşmaqdır.
Tutalım ki, uşaq bir şeyi istəyir həmin o şeyi uşağa ziyan da olsa sırf o istəyib deyə onun dediyi bir növ bu qayda-qanundur və olur. Əslində olmalı deyil. Biraz burada böyütmə də var, ucaltma var. Azərbaycan ailələrində xətrinə dəyməmək, uşaqdır hər istədiyini etmək, ya da hansısa ən dəyərli insanın adını qoyurlar. O ada görə o uşağın hər istədiyi həyata keçir.
Bunun tamam əksi də olan bir tərəfi də var. Uşaqlar ev daxilində həddindən artıq çox müqayisə olunurlar, dəyərsiz hiss etdirirlər, duyğuları qəbul olunmur, heç bir təqdir sözü ilə uşağı yetişdirmirlər, dəyərsizləşdirirlər. Burada da nə olur? Uşağın daxilində qəribə bir natamamlıq yaranır və bu natamamlığı aşmaqdan ötrü özünün hansısa xüsusiyyətini böyüdür, onunla güc qazanır və digər insanları aşağılamaya başlayır, bir növ hisslərini belə ifadə edir, onları görməməyə başlayır, ancaq mən elədim, mən bacardım kimi bir şəxsiyyətə çevrilir. Burada da təbii ki emosional ehtiyacların ödənilməməsi fakt olaraq ortadadır.
Əsasən ana və atalarda görünən ən böyük problemlərdən biri uşağın emosional ehtiyaclarının qarşılanmamasıdır, dəyərsiz hiss etdirmədir. Bizdə biraz uşaqların tərbiyəsində qadınlar daha çox rol oynadığı üçün qadınların birbaşa narsist uşaq böyütdüyünü göstəricisi olaraq verirlər. Amma burada incə bir nüans var ki əgər ev daxilində ata narsistlik xarakterinə, xüsusiyyətinə sahibdirsə oğulun kişi modeli atadır və onun davranışlarını götürmək ehtimalı çox yüksəkdir. Yəni atanı rol model olaraq götürür və seçirsə deməli biz burada baxa bilərik ki ananın hansısa tərbiyə sistemində problem var ata narsist şəxsiyyətə sahibdirsə burada artıq bir patalogiya yaranır. Amma ümumən cəmiyyətdə narsist oğlanların böyüməsi bizim tərbiyə sistemimizdə göstərilən bir haldır. Tərbiyə necə edilməlidir? Analar oğlanlarını necə tərbiyə etməlidir? Analar oğlanlarını tərbiyə edərkən birinci olaraq tərbiyə sisteminə baxmaq lazımdır. Ailədaxili bir-birilərinə ünsiyyətə baxmaq lazımdır. Əgər atada narsistlik şəxsiyyət varsa təbii ki bunlar birinci ana və atanın özlərinin mental sağlamlığı lazımdır. Daha sonra isə uşaqlarının bacarıq və qabiliyyətlərini düzgün dəyərləndirmək, emosiyalarını qəbul etmək, duyğularını ifadə etməsinə icazə vermək, duyğularının normal ola biləcəyinə inandırmaq, onların hər bir varlıq olaraq dəyərli olduğunu göstərmək, səhv edərsə böyük bir aşırı reaksiya verməmək, sadəcə səhvlərin izah olunması, əgər davamlı eyni səhvləri edərsə bir uşaq tamam davranışın cəzalandırılması, şəxsiyyətin yox davranışın cəzalandırılması formalaşa bilər. Amma uşaq daima müqayisə olunursa, cəzalandırılırsa, təhqir olunursa, tənqid olunursa çoxlu şəkildə bu uşağın tərbiyəsində ciddi bir problem yarana bilər. Çox vaxt valideynlər fikirləşirlər ki mən tənqid edim ki uşaq gələcəyinə düz olsun, yox əksinə hər uşaqda işə yarayan metod deyil. Həddindən artıq çox tərifləmək də olmaz. Yəni həddindən artıq çox təriflənəndə uşaq elə bilir ki artıq ən uğurlu mənəm, ən yaxşı mənəm, hamı pisdir mən yaxşıyam kimi düşünə bilər. Sadəcə bir ədədi ortanı qədərində və yerində tərbiyə sistemini formalaşdırsalar faydalı olar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə