Dövlət Komitəsinin sədri Qobustanda vətəndaş qəbulu keçirib - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova mayın 29-da Qobustanda vətəndaşları qəbul edib. Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub.

AQUPDK-nin sədri Bahar Muradova qəbul zamanı Bakı şəhəri, Qobustan, Ağdaş, İmişli və Şamaxı rayon sakinlərinin müraciətlərini dinləyib. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında ailədaxili münasibətlər, alimentin ödənilməsi, uşaqlarla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, uşaq hüquqları və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə