Ancelina Coli və 5 uşağı qalaya qatılıb - FOTOLAR

"Oskar" mükafatlı amerikalı aktrisa Ancelina Coli, ailəsi ilə birlikdə fantastik bilim qurğu janrında çəkilən "Əbədi" filminin premyerasına qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Coli qədər uşaqlarına da maraq çox idi. Hollivudun ən gözəl qadınlarından biri olaraq göstərilən, 5 uşağı ilə birlikdə Hollivudun "Dolby" teatrında keçirilən premyerada dünya şöhrətli aktrisa olan Coli qırmızı xalçada 5 uşağı ilə birlikdə foto çəkdirib. Ancaq Ancelina Colinin 17 yaşlı oğlu vyetnamlı oğlu Pax Thienin qalaya gəlməməsi diqqətdən yayınmayıb. Colu, məşhur bir geyim markasının uzun paltarında qırmızı xalçada gəzib. Sadə görünüşə üstünlük verən məşhur ulduz, çənəsinə taxdığı aksessuarla diqqətləri cəlb edib. Qızı Zaharanın da qala gecəsi üçün anasının qarderobundan bir paltar geyindiyi ortaya çıxıb. Ancelina Colinin 2014-cü il Oskarında ən çox sevdiyi geyimi bu dəfə qızının üzərində olub.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...