Berdan Mardininin həyat yoldaşına silahlı hücum! FOTOLAR

İstanbul Büyükçekmeceye uşaqlarını görməyə gedən Berdan Mardininin keçmiş yoldaşı Fatoş Karademirə silahlı hücum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fatoş Karademir avtomobilində işıqforun qırmızı işığını gözləyərkən silahla basqın edilib. Motosikletdə olan iki nəfər maşına bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıblar. Hücum nəticəsində xanım Karademir ayağından yaralanıb.

Silah səslərini eşidən hadisə şahidləri polis və təcili yardım briqadası çağırıblar.

İlk tibbi müdaxilədən sonra Fatoş Karademir xəstəxanaya yerləşdirilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə