"Survivor" yarışması ilə tanınan boksçu-aktyor Avatar Atakan sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Atakan həyat yoldaşı ilə foto çəkdirərkən dostunun "Serapı suya at sənə 500 tl verəcəm" deməsi ilə heç düşünmədən arvadını hovuza atıb. Həmin görüntüləri şəxsi hesabında paylaşan Avatar Atakan xeyli sayda bəyəni və şərh alıb. Video insanların gülüşünə səbəb olub.

Qeyd edək ki, boksçu həyat yoldaşı Serap Korkmaz ilə 2017-ci ildə ailə qurub.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...