“Ay Yapım" Azərbaycanda fəaliyyətə başlayır SEÇİMLƏR BAŞLADI

Qardaş dövlət Türkiyədə fəaliyyət göstərən və "Aşkı-Memnu", "Kuzey Güney", "Yaprak dökümü", "Dudaktan kalbe ", "Kara sevda", "Fatmagülün suçu ne", "Ezel", "Ufak-tefek cinayetler", "İçerde ", "Çukur" və s. serialları ilə reytinqləri alt-üst edən "Ay Yapım" kino şirkəti Azərbaycanda aktyor seçimlərinə başlayır. SİA-nın verdiyi məlumata görə, tanınmış kino şirkəti Azərbaycandakı studiyasında filmlərin və serialların da çəkilişinə start verəcək. Hal-hazırda filmlər və seriallar üçün aktyorlar yığılır. Seçimlərdə iştirak edən və kursu uğurla bitirən tələbələrə qırmızı "Ay Yapım" aktyorluq diplomu veriləcək.

Qeyd edək ki, sözü gedən diplom 31 ölkədə keçərlidir .

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...