Rəqsanə: "Məni şərləyənlərin Allah bəlasını versin"

Müğənni Rəqsanə İsmayılova haqda bəzi sosial media səhifələri xəbər yayıblar. SİA-nın məlumatına görə, xəbərdə qeyd olunub ki, ifaçı 26 fevral Xocalı soyqırımı günü toy idarə edib.

Məsələ ilə bağlı sənətçi açıqlama verib: "Allahdan qorxmaq lazımdır. Biz niyə bir-birimizə qarşı bu qədər düşmənçilik edirik? Mənim nece insan olduğum hər kəsə bəllidir. Gərək o qədər vicdansız olasan ki, belə gündə toyda iştirak edib, oxuyasan. Məni şərləyənlərə nə deyim? Sözün bitdiyi yerdir. Allah özü onların bəlasını versin".

Qeyd edək ki, Rəqsanə sözügedən toya 25 fevral tarixində getdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...