Bu məşhurlar da"Hercai"dən ayrıldılar FOTO

Bir neçə mövsümdür ekranlarda yayımlanan "Hercai" serialında növbəti dəfə aktyor ayrılığı yaşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəfə ekran işini aktyor Ahmet Tansu Taşanlarla həmkarı Oya Unustası tərk ediblər. Serailda Ahmet Azad obrazına, Oya isə Gönül obrazına həyat verirdi.

Onlardan əvvəl isə "Hercai"dən Gül rolunu ifa edən azyaşlı aktrisa Ebrar Dəmirbilək ayrılıb.

Xatırladaq ki, serialın baş rollarını Akın Akınözü və Ebru Şahin canlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə