Nicat Rəhimov: "Başıma tük əkdirəcəm"

Aktyor Nicat Rəhimov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o özü ilə bağlı maraqlı etiraf edib: "Bildiyiniz kimi, saçlarım seyrəkdir. Buna görə başıma saç əkdirmək istəyirdim. Belə ki, saç ustamın yanına getdim. O da mənə parik qoydu və gördük ki, yaraşmadı.

Ama onu da qeyd edim ki, həkimlərin biri ilə vaxt təyin etdik ki, saç əkdirim. Amma alınmadı. Çünki çəkilişə getməli oldum. Amma ola bilsin ki, başıma tük əkdirim".

O, illər öncə çəkildiyi filmə görə peşman olduğunu da dilə gətirib: "Bu vaxtadək 12 filmə çəkilmişəm. Amma "Yumurta" filmində rol aldığıma görə peşmanam. İlk dəfə sözügedən filmə çəkilmişəm".

Nicat arzusundan da söz açıb: " "Bozbash Pictures" komandasının arzusu idi ki, Qarabağda çəkiliş etsin. İnşAllah ki, arzumuz yerinə yetər".

Bütün xəbərlər Facebook səhifəmizdə