Aynişanın ayrıldığı deyilən həyat yoldaşı: "Lazımsız yerə başını ağrıtma"

Xəbər verdiyimiz kimi, müğənni və bloqer Aynişan Quliyeva həyat yoldaşı Kənan Əliyevi “İnstagram”da izləmədən çıxarıb. SİA-nın məlumatına görə, K.Əliyev də öz növbəsində A.Quliyevanı və qayınanası Əməkdar artist Aybəniz Haşımovanı sosial şəbəkədə “unfollow” edib.

Aybəniz Haşımova, eyni zamanda, qızının toyu ilə bağlı bütün paylaşımları sosial media hesabından silib.

A.Quliyeva və K.Əliyev isə “İnstagram”da toylarından çəkilən yalnız öz şəkil və görüntülərini saxlayıblar.

İzləyicilər cütlüyün ayrıldığını iddia ediblər.

Ayrılma xəbəri ilə gündəmə gələn Kənan sosial şəbəkədə yeni paylaşımı ilə diqqətləri cəlb edib: "Lazımsız yerə başını ağrıtma. Səni ancaq gördükləri qədər anlayacaqlar. Gördükləri isə öz anladıqları qədər olacaq".

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb. Onların toyu bu ilin fevralında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə