Nicat Rəhimovdan "bomba" kimi xəbərlər FOTOLAR

"Bozbash Pictures" komandasının üzvü, aktyor Nicat Rəhimov yeniliklərdən söz açıb. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: "Bildiyiniz kimi, "Oğlan evi 2" filmində rol almışam. Xeyli vaxt idi ki, ekran işi çəkilirdi. Artıq çəkilişlər yekunlaşıb. Hətta komanda olaraq həmin filmin qala gecəsinə hazırlaşırıq. Belə ki, noyabr ayının 30 hər kəsi "Oğlan evi 2" filminin qala gecəsinə dəvət edirəm. Hamı bu filmdən danışacaq".

N.Rəhimov "Bozbash Pictures" komandası ilə birgə çəkildiyi ekran işindən də söz açıb: " "Stalinin başı" adlı filmin çəkilişləri və montaj işləri yekunlaşıb. Həmin ekran işinə martın 1-dən kinoteatrlarda baxa bilərsiniz.

Bundan başqa "Bozbash Pictures" serialının çəkilişlərinə başlamışıq. Tezliklə tamaşaçılara təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə