Atasını itirən Sərdar Ortac Bakı sakinlərinin qarşısında belə çıxış etdi-FOTOSESSİYA

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac növbəti dəfə paytaxtımızın qonağı olub. SİA-nın məlumatına görə, müğənninin bu dəfəki səfərinin məqsədi yenidən Bakı sakinlərinin qarşısına çıxıb konsert vermək idi.


Ölkənin ən əsas səhnəsi olan Heydər Əliyev Sarayında möhtəşəm solo konsert proqramı ilə çıxış edən müğənni Bakıya Nahid Eminoğlunun təşkilatçılığı ilə gəlib.


35 dəqiqə gecikən konsert 2 saat davam edib. Səhnəyə çıxan müğənni qəmgin göründüyünün səbəbini elə ilk ifasından sonra açıqlayıb. Məlum olub ki, o, 15 gündür atasını itirib. Ancaq buna baxmayaraq tamaşaçıların qarşısına çıxan ulduz çətin günlər yaşadığını da etiraf edib: "Təbii ki, mənim üçün ağırdır. Çünki 15 gündür atamı itirmişəm. Ümudvaram ki, o, göylərdən məni izləyincə ruhu şad olur. Yəqin ki, mən ona layiqli övlad olmuşam".


1999-cu ildən bu günədək bəslədiyi mahnıları ifa edən Sərdar ailəsi haqda da açıqlama verib: "Mənim iki qardaşım var, ikisi də ailə qurub, uşaqları var. Amma mən musiqilərlə evlənmişəm".


S.Ortac anasının ona verdiyi nəsiyyətlərdən də söz açıb: "Anam deyirdi ki, köhnə musiqilərim daha yaxşıdır. Və o, 1998-ci ildə mənim ifalarımı eşidəndə göbək rəqsi ifa edirdi/ Bir də anam deyərdi ki, dünyanın ən gözəl qadınları-əsmər xanımlardır. Elə bu sözdən ilham alaraq "Kara bibərim" mahnısını bəstələmişəm".


10 nəfər musiqiçi və 4 bekvokalla səhnəyə çıxan Sərdar öz ifaları ilə yanaşı Azərbaycan musiqisinə də müraciət edib. O, musiqisi Kəmallədin Heydərova, sözləri Baba Vəziroğluna məxsus, məşhur müğənni Elnur Məmmədovun ifasında səslənən "Gəlsən də, gəlməsən də" mahnısını ifa edib.


Onu da vurğulayaq ki, türkiyəli ulduz Bakı tamaşaçılarının qarşısında diz çökdü.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə