Azərbaycanlı müğənnilər XV əsrdə-FOTOSESSİYA

Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində 135 ölkə arasında keçirilən türk dili üzrə X olimpiyadanın bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, olimpiyadada Azərbaycanın da nümayəndə heyəti iştirak edib. Heyətdə incəsənət xadimləri, media nümayəndələri və tanınmış müğənnilər var idi. Tədbirdə iştirak edən ifaçılardan Roza Zərgərli, Emin Bədəlov, Elçin Cəfərov və Yaşar Cəlilovun adını qeyd etmək olar.


Türkiyəyə çatan nümayəndə heyəti mədəniyyət tədbirləri çərçivəsində bir neçə mərasimdə iştirak etdikdən sonra şəhərin qədim və gözəl məkanları ilə də tanış olublar.


Müğənnilərin sözlərinə görə, onlar üçün ən yadda qalan məkan "Panorama-1453" muzeyi oldu. Muzey ölkənin baş naziri Rəcab Təyib Ərdoğanın göstərişi ilə inşa olunub. Burada ab-hava XV əsri xatırladır. Osman İmperiyasının mövcud olduğu 300 ili məhz bu muzeydə seyr etmək olar. Orada azərbaycanlı rəssam Yaşar Zeynalovun da əsərləri yer alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...