Gənc müğənnidən hit mahnı - FOTO

Azərbaycanlı müğənni Leyla Ramazanlı gənc olmasına baxmayaraq bəzi həmkarlarından fərqli olaraq yeniliklər etməyi sevir. Onun sözləri gənc nəğməkar şair Azad İsayevə, musiqisi isə Pərvizə Mahmudova məxsus olan \"Nələr oldu" adlı yeni mahnısı işıq üzü görüb.

SİA-ya açıqlama verən mətbuat katibi Ceyhun Məhərrəmov işlədiyi müğənni haqda danışıb: "Leyla bu yaxınlarda sözügedən mahnıya klip də çəkdirəcək. "Nələr oldu" mahnısı artıq bütün radio dalğalarında səslənir. İnanırıq ki, həmin mahnı bu ilin hiti olacaq",-deyə Ceyhun əlavə edib.

Qeyd edək ki, mahnının aranjemanı Hakan Erola məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə