Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva uzun müddət sonra qızı Nuranla fotolarını paylaşıb. SİA xəbər ki, aparıcı qızı ilə birlikdə Xalq artisti Röya Ayxanın Bakı Konqres Mərkəzində baş tutan konsertində iştirak edib.
O, qızı ilə kulis arxasına keçərək Xalq artisti ilə selfi edib.
S. Mustafayeva konsertdən fotoları instaqramda bölüşüb.
Məlumat üçün bildirək ki, Samirə Mustafayeva tanınmış aparıcı Vaqif Aydınoğlu ilə boşandıqdan sonra bu nikahdan olan qızı ilə heç bir foto paylaşmırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə