"“Qisas” cəza tədbiri idi" - DEPUTAT AÇIQLADI

"Cənab İlham Əliyevin İsmayıllı rayonunda verdiyi bəyanatlar “Qisas” əməliyyatı ətrafında bəzi dairələrin manipuliyasiya cəhdlərinə nöqtə qoydu". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, daha dəqiq desək, dövlət başçısı prosesi dövlətin daxili məsələsi kimi qiymətləndirərək cəza tədbirindən sonra müxtəlif bəyanat və digər təxribatlarla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyən qüvvələrin planlarını puç etdi və beynəlxalq hüququn “Dövlətlərin daxili işlərinə qarışmamaq” öhdəliyi çərçivəsində həmin tərəflərə beynəlxalq hüquq dərsi keçdi: "Cənab Prezident birmənalı şəkildə bəyan etdi ki, “Qisas” cəza tədbiri idi. “Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.”

Deputat sözlərinə belə davam edib: "Burada diqqət çəkən digər çox vacib məqam isə proseslərin gələcək inkişaf tendensiyasına dövlət başçısının baxışı oldu. Sirr deyil ki, bölgədə yeni reallığın memarı məhz Azərbaycan Prezidentidir. Dövlət baçısının mövqeyi qısa, aydın və konkret oldu.

“Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə, digər Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə” Dövlət başçısının bu bəyanatı həmçinin Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinin təmin olunmayacağına dair 30 illik mifləri də darmadağın etdi. Cənab İlham Əliyev bəyan etdi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da ki kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...