Paşinyan vaxtı uzatmaqla məşğuldur - POLİTOLOQ AÇIQLADI

“Paşinyanın Moskvaya səfəri və orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında etdiyi çıxış və daha sonra onun Rusiya prezidenti ilə görüşü zamanı səsləndirdiyi fikirlər onu göstərir ki, Moskva Cənubi Qafqazda proseslərin əldən çıxa biləcəyindən narahatdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesində Rusiya özü bilavasitə iştirak etmək istəyir: “Həmçinin çalışır ki, müəyyən razılaşmalar məhz Moskvanın iştirakı ilə baş tutsun. Bizim üçün önəmli odur ki, hansı platformadan asılı olmayaraq yeni dönəmin tez bir zamanda başlanılması ilə bağlıdır. Məlumata görə artıq yaxın vaxtlarda Moskvada növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Hər bir halda Paşinyan Ermənistandakı revanşist qrupdan fərqli olaraq öz baxış bucağına görə bir qədər fərqlənir və bizim üçün önəmli olan gələcək vaxtı tez bir zamanda Paşinyanın öhdəliklərini yerinə yetirməsidir. Ermənistanda baş verən hadisələr buna birbaşa olaraq mane olur. Təsadüfi deyil ki, son zamanlar aprelin əvvəlindən əldə edilmiş razılıqlar may ayının artıq sonlarına yaxınlaşmağımıza baxmayaraq hələ də de-fakto sözdə reallaşsa da, əməldə reallaşmayıb. Biz Ermənistandan tələb edirik ki, tez bir zamanda yeni proses başlanılsın və əks təqdirdə biz bunu öz güc yolumuzla edəcəyik. Təbii ki, Paşinyan bunu yaxşı başa düşür və buna görə də vaxtı uzatmaqla məşğuldur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə